İqtisadiyyat

Rusiya bazarı Azərbaycan məhsullarının tədarükündə maraqlıdır

1 May 2020 15:02
0 Şərh     Baxış: 2 394
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Azərbaycan məhsullarının tədarükündə maraqlıdır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyev deyib.

O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft ixracı üçün əsas bazardır:

"Son dövrlərdə Azərbaycan məhsullarının Rusiyaya ixracı əhəmiyyətli şəkildə artır. 2019-cu ildə Rusiyaya 731,8 milyon dollar məbləğində məhsul ixrac edilib ki, bu da 2018-ci illə müqayisədə 10 faiz azdır. Koronavirus pandemiyasına baxmayaraq bu ilin birinci rübündə ixracın artımı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 12 faiz təşkil edib. Biz görürük ki, Azərbaycanın istehsal imkanları və Rusiya bazarının tələb potensialı çox yüksəkdir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.