İqtisadiyyat

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalını artırıb

23 Aprel 2020 09:00
0 Şərh     Baxış: 993
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana kimyəvi məhs ulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,37 faiz artaraq 83,203 milyon dollar təşkil edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin martı ilə müqayisədə 46,9 faiz artıb və 34,02 milyon dollara bərabər olub.

Yanvar-mart aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz azalaraq 4,761 milyard dollar təşkil edib.

Kimyəvi məhsulların ixracının Türkiyənin bu müddət ərzində ümumi ixracında payı 11,1 faizə bərabər olub.

Son 12 ay ərzində (mart 2019 - mart 2019) Türkiyə 20,332 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.