İqtisadiyyat

OPEK+ ölkələri nazirlərinin iclasının vaxtı açıqlandı

7 Aprel 2020 17:33
0 Şərh     Baxış: 913
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

OPEK və bu quruma daxil olmayan neft istehsalçısı olan ölkələrin Energetika nazirlərinin (OPEK+) növbəti iclasının 2020-ci il aprelin 9-da keçirilməsi planlaşdırılır.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Azərbaycanın Energetika nazirinin müavini Zəminə Əliyeva deyib. Onun sözlərinə görə, görüşdə OPEK+ ölkələrinin bütün nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq bəyannaməsinin" müzakirəsi planlaşdırılır.

Qeyd edək ki, bundan əvvəl OPEK+ ölkələri nazirlərinin iclasının aprelin 6-də keçirilməsi nəzərdə tutulmuşdu.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.