İqtisadiyyat

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı iki ayda 4 faizdən çox artıb

6 Aprel 2020 19:06
0 Şərh     Baxış: 1 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 184,7 milyon manatlıq məhsul istehsal edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı kimya sənayesində 19,5 faiz, əczaçılıq məhsullarının istehsalında 4,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 3,6 faiz artıb.

Əsas kimya məhsullarından metanol istehsalı 34,4 faiz, propilen istehsalı 17,9 faiz, etilen istehsalı 16,1 faiz artmışdır. Rezin və plastik kütlə məmulatlarından plastik boruların istehsalı 6,0 dəfə, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 2,1 dəfə artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.