İqtisadiyyat

Azərbaycanda mobil rabitə operatorları 148 milyon manatdan çox pul qazanıb

24 Mart 2020 14:24
Baxış: 1 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda informasiya və rabitə müəssisələri 371,7 milyon manatlıq xidmət göstərib.

Milli.Az Trend-ə istinadən bildirir ki, göstərilən xidmətin 71,6 faizi əhali tərəfindən istehlak olunub.

2019-cu ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 21,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 78,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 39,8 faizi və ya 148,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.