İqtisadiyyat

Azərbaycan vətəndaşları Türkiyədə nə qədər daşınmaz əmlak alıb?

22 Mart 2020 11:24
0 Şərh     Baxış: 3 355
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədə 189 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, fevral ayında Azərbaycan vətəndaşları Türkiyədə 90 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin fevralı ilə müqayisədə 15 obyekt azdır.

2020-ci ilin fevralında 118 753 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin fevralı ilə müqayisədə 51,4 faiz çoxdur.

Hesabat dövründə əcnəbilər 4 005 daşınmaz əmlak əldə edib. Bu, 2019-cu ilin fevralı ilə müqayisədə 20,6 faiz çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.