İqtisadiyyat

Tahir Mirkişili: Hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır

13 Mart 2020 13:14
Baxış: 1 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yalnız son iki ay ərzində Azərbaycan dövlət büdcəsinin gəlirləri 250 milyon manat artıb. Bu o deməkdir ki, hazırkı neft qiymətləri büdcə xərclərinin yerinə yetirilməsinə heç bir təhlükə yaratmır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Əhaliyə heç bir təlaşa düşməməyi tövsiyə edən komitə sədri söyləyib ki, bu gün Azərbaycanın banklarında kifayət qədər xarici valyuta var:

"Azərbaycanın valyuta ehtiyatları əhalini bu cür risklərdən qorumağa imkan verir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.