Ölkə

Azərbaycan telekanallarında daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

26 İyul 2025 16:42
Baxış: 462
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.

Audioviziual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, cari ilin ilk 6 ayı ərzində ümumölkə yerüstü televiziya yayımçılarının efirində yayımlanmış proqramların məzmununa görə (janr) bölgüsü (səhər 07:00-dan gecə 01:00 aralığında yayımlanan proqramlar üzrə, faizlə) aşağıdakı kimi olub:

İnformasiya və analitik proqramlar 23,80%
Musiqi və əyləncə janrında proqramlar 16,00%
İdman proqramları   15,80%
Kommersiya materialları (reklamlar, sponsor təqdimatları, teleticarət formatlı materiallar) 11,60%
Mədəni-maarif janrında proqramlar 8,40%
Seriallar (xarici istehsal)   4,40%
Bədii filmlər (xarici istehsal) 3,80%
Anonslar və yayımçının elanları 3,60%
Sosial yönümlü proqramlar 3,10%
Seriallar (yerli istehsal)   2,90%
Sənədli filmlər     2,60%
Bədii filmlər (yerli istehsal) 1,90%
Sosial çarxlar     1,10%
Cizgi filmləri və uşaq proqramları 1,00%

Qeyd edək ki, Audiovizual Şurası aparatının Audiovizual proqramların monitorinqi və təhlili şöbəsi tərəfindən 2025-ci ilin ikinci rübü (aprel, may və iyun ayları) ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış proqramların məzmun-janr statistikası hazırlanıb. Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında son üç ay ərzində efirdə olmuş proqramların janr bölgüsü belə olub:

24,5% - informasiya və analitik proqramlar
16,4% - musiqi və əyləncəli proqramlar
15,8% - idman proqramları
12,0% - bədii filmlər və seriallar
11,8% - reklam məzmunlu materiallar
8,3% - mədəni-maarif janrında proqramlar
3,6% - anonslar, elanlar
3,3% - sosial proqramlar
2,3% - sənədli film və materiallar
1,1% - sosial çarxlar
0,9% - uşaq proqramları və cizgi filmləri

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.