İqtisadiyyat

İrandan Azərbaycana məhsul ixracı üçün fərqli metod yaradıldı

5 Mart 2020 15:19
Baxış: 1 866
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İrandan Azərbaycan istiqamətində məhsul ixracı üçü fərqli metod yaradılıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib.

R.Lətifinin sözlərinə görə, İran yük maşınları Azərbaycana daxil olmadan gömrük ərazisində yükləri Azərbaycanın yük maşınlarına təhvil verə bilərlər.

Lətifi əlavə edib ki, yüklər Azərbaycana məxsus yük maşınlarına yükləndikdən sonra İran yük maşınları geri qayıdacaqlar.

Gömrük rəsmisi bildirib ki, Rusiya istiqamətində İranın məhsullarını aparan yük maşınları isə Azərbaycan ərazisindən keçə biləcəklər.

Qeyd edək ki, İranda yeni koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər. İranda 2922 nəfərin yeni koronavirusa yoluxması və 92 nəfərin bu virus nəticəsində ölməsi təsdiqlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.