İqtisadiyyat

Azərbaycana sərmayə qoyan əsas ölkələrin adları açıqlandı

3 Mart 2020 18:31
0 Şərh     Baxış: 1 358
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2020-ci ilin yanvar ayında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 387,6 milyon manat vəsait yönəldilib.

Milli.Az bildirir ki, bunu Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 371,4 milyon manatı (95,8 faizi) Birləşmiş Krallıq, ABŞ, Yaponiya, Türkiyə, Norveç, İsveçrə, Malayziya, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Ümumilikdə, 2020-ci ilin yanvar ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox vəsait yönəldilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.