İqtisadiyyat

KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə üzv oldu

21 Fevral 2020 17:23
Baxış: 2 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkəyə (INSME) üzv qəbul edilib.

Milli.Az xəbər verir ki, KOBİA-dan Trend-ə verilən məlumata görə, 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OCED) nəzdində fəaliyyət göstərən INSME sıralarında 30 ölkədən 70-ə yaxın üzvü birləşdirir. Mənzil qərargahı İtaliyada yerləşən təşkilatın missiyası müxtəlif ölkələrdə KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında texnologiyalar və təcrübə mübadiləsini asanlaşdırmaq, bu sahədə qabaqcıl metodologiya və mexanizmləri, dövlət-özəl dialoqunu təşviq etmək, beynəlxalq tərəfdaşlığı genişləndirməkdir.

KOBİA-nın INSME-yə üzv olması KOB sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və ölkəmizdə tətbiqinə, müvafiq sahədə fəaliyyət göstərən təşkilatlar və KOB subyektləri arasında effektiv əlaqələrin qurulmasına, kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsinə imkan verəcəkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.