“Total” şirkəti: “Abşeron” yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Energetika naziri Pərviz Şahbazov "Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agutu qəbul edib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, görüşdə "Abşeron" layihəsinin icra vəziyyəti və "Total" şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığa dair məsələlər müzakirə edilib.
Energetika naziri Pərviz Şahbazov "Abşeron" layihəsi çərçivəsində görülən işləri, ölkənin daxili tələbatının ödənilməsində böyük qaz-kondensat ehtiyatlarına malik bu yatağın rolunu yüksək qiymətləndirib. Nazir yataqda hasilatın başlanması və növbəti inkişaf mərhələsi üzrə şirkətin planları ilə maraqlanıb.
"Total" şirkətinin Azərbaycan üzrə İcraçı direktoru Regis Agut "Abşeron" layihəsini hər iki tərəfin maraqlarına cavab verən layihə kimi dəyərləndirib. Xəzər dənizində ən dərin quyunun qazılması da daxil olmaqla "Abşeron" yatağında hasilata başlanması istiqamətində həyata keçirilən işlər barədə məlumatları diqqətə çatdırıb. Regis Agut bildirib ki "Abşeron" yatağından ilk qazın əldə edilməsi 2021-ci ildə nəzərdə tutulur.
Görüşdə "Total" şirkətinin enerji transformasiyası prosesində roluna və bərpa olunan enerji sahəsindəki fəaliyyətinə də toxunulub. Energetika Nazirliyi və "Total Eren" şirkəti arasında Azərbaycanda bərpa olunan enerji sahəsinin inkişaf etdirilməsi məqsədilə imzalanmış "Anlaşma Memorandumu" xatırladılıb və bərpa olunan enerji layihələri üzrə keçiriləcək hərraclarda şirkətlə əməkdaşlığın davam etdirilməsi niyyəti ifadə edilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Telefonun batareya ömrünü necə artıraq?
-
Aylar sonra oğluna qovuşdu - FOTO
-
Bunları edin, gün boyu enerjili QALIN
-
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
-
Arzu molekulu: Beyninizin gizli mühərriki dopamini idarəetmə təlimatı
-
Kral III Çarlzın ürək və dəri üçün faydalı, əlçatan səhər yeməyi
-
İnfantinonun zarafatı italiyalı nazirin xoşuna gəlmədi
-
Hidayət Orucov vəfat edib
-
Tovuzda qəza oldu - Ölən var
-
Şamaxıda Barbekü Festivalının birinci günü - FOTO
-
Almaniyada II Dünya müharibəsindən qalmış özüyeriyən artilleriya qurğusu tapılıb
-
Bakıda bir sıra parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq
-
Tuğba milyonluq əmlakını dövlətə bağışlayacaq
-
Serdar Ortaç səhhəti ilə bağlı iddialara cavab verdi
-
Flora Kərimova Birinci vitse-prezident Mehriban Əliyevaya müalicəsinə göstərdiyi xüsusi diqqətə görə təşəkkür edib - FOTO
-
İsrail 12 günlük müharibədə məqsədinə çata bilməyib - Pezeşkian
-
İran və ABŞ arasında saziş iyunun 14-də imzalanacaq - Tramp
-
Şəhid anası vəfat etdi
-
Hörmüzdə göstərilən xidmətlərə görə haqq alınmalıdır - Bəqai
-
Naxçıvana uçan təyyarə ildırımlı hava səbəbindən Bakıya geri qayıdıb
-
Qətər İrana 12 milyard dollarlıq maliyyə paketi təklif edib
-
DÇ-2026: Türkiyə ilk sınağına çıxır
-
Bir gündə ABŞ-nin qəhrəmanına çevrilən Baloqanın maraqlı həyat hekayəsi
-
ABŞ ona viza vermədi





