İqtisadiyyat

Azərbaycana Türkiyə istehsalı olan avtomobillər gətirilə bilər - FOTO

18 Yanvar 2020 09:06
9 Şərh     Baxış: 4 311
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə TOGG markalı yerli avtomobilinin türkdilli ölkələrə ixracında maraqlıdır.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyindən deyiblər.

Məlumata əsasən, TOGG avtomobillərinin kütləvi istehsal başladıqdan sonra qonşu ölkələrə, xüsusilə də Azərbaycan kimi qardaş türkdilli ölkələrə ixracı prioritetlərdən biri olacaq.

Nazirlikdən bildiriblər ki, TOGG həm Türkiyə bazarında, həm də türkdilli ölkələrin bazarında rəqabətqabiliyyətli olacaq.

Xatırladaq ki, 2019-cu ilin dekabrında Türkiyə istehsalı olan TOGG avtomobilləri nümayiş etdirilib.

İstehsalına 2022-ci ildə başlanılacaq avtomobillər elektriklə çalışacaq. TOGG avtomobillərinin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına da xüsusi diqqət yetirilib. Dizayn, ideya və bütün hissələrinin Türkiyədə hazırlanması baxımından xalis Türk malı olan TOGG-un sükan arxasında ilk oturan şəxs Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olub.

Hələlik 2 modeli təqdim edən Türkiyə Avtomobil Təşəbbüskarları Qrupu 2022-ci ilə qədər model sayını 5-ə qaldıracaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.