İqtisadiyyat

Turizm şirkətlərinə tövsiyə: Ailə, tələbə turizmi təşviq edilməlidir

16 Yanvar 2020 19:11
0 Şərh     Baxış: 622
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda turizm şirkətlərinə bəzi turizm sahələrini stimullaşdırmaq tövsiyə edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası tərəfindən hazırlanan, tövsiyə xarakterli "Turizm sənayesi nümayəndələrinin etik kodeksi"ndə öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan dövlət hakimiyyət orqanlarının dəstəyi ilə sosial turizmi, xüsusilə də istirahət, kollektiv turizmi stimullaşdırmaq və inkişaf etdirmək lazımdır.

Bununla yanaşı, ailə, gənclər və tələbə turizmini, eləcə də yaşlı insanlar və əlillər üçün turizmi təşviq etmək və onun inkişafına yardım etmək tövsiyə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.