Yankauskas: "Azərbaycanla Aİ arasında enerji əməkdaşlığı “Cənub Qaz Dəhlizi” çərçivəsindən kənara çıxır"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində əməkdaşlıq "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsindən kənara çıxır.
Milli.Az bildirir ki, bunu Trend-ə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.
O bildirib ki, tərəflər arasında irimiqyaslı olmayan və vacib əhəmiyyət daşıyan digər layihələr də mövcuddur.
"Cənub Qaz Dəhlizi"ndən danışan K.Yankauskas bildirib ki, bu layihə Azərbaycanla Aİ-ni fiziki olaraq birləşdirəcək:
"Bu, həm Azərbaycana, həm də Aİ-yə qarşılıqlı səmərə gətirəcək əlamətdar layihədir. Azərbaycan üçün bu, avropalı müştərilərdən stabil gəlir, Avropa İttifaqı üçünsə yeni mənbədən yeni tədarük marşrutu deməkdir. Bu, həm də şaxələndirməyə və daha geniş seçim imkanına, beləliklə, daha böyük rəqabətə və istehlakçılar üçün daha uyğun gətirib çıxaracaq".
O xatırladıb ki, 2019-cu ildə Türkiyə-Yunanıstan sərhədində Trans-Anadolu qaz kəməri (TANAP) ilə Trans-Adriatik qaz kəmərinin (TAP) birləşmə sahəsinin açılışı olub:
"Biz TAP-ın bu il tam başa çatacağını gözləyirik. 2020-ci il "Cənub Qaz Dəhlizi"nin sonu deyil, başlanğıcını ifadə edəcək. Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) və qaz kəmərinin Qərbi Balkanlaradək uzadılması imkanı sayəsində bizim enerji əməkdaşlığımızın möhkəmləndirilməsi imkanları mövcuddur. Böyük tələbat "Cənub Qaz Dəhlizi" vasitəsilə tədarükün artmasını bildirəcək ki, bu da Azərbaycanın və bəlkə də Türmənistanın Xəzər dənizindəki yataqlarından təmin olunacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
ABŞ mayeləşdirilmiş təbii qazının Yunanıstan vasitəsilə Cənub-Şərqi Avropaya tədarükü TAP-ın rolunu genişləndirə bilər – səfir
-
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib - (Foto)
-
Azərbaycan nefti 113 dolları keçdi
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür
XƏBƏR LENTİ
-
“Şəki yaylası” 2 gəncin ölümünə səbəb olan qurğunu detallı göstərdi - (Video)
-
"Mançester Yunayted" hesabda 4:0 öndədir - YENİLƏNİR - CANLI
-
“Fənərbaxça”nın baş məşqçisi İsmail Kartal istefa verib
-
Hacıqabulda ağır qəza - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
-
Günün qoroskopu: Sağlamlıq baxımından qidalanmanıza diqqət yetirin
-
Aytəkinin ailəsində xoş gün - (Foto)
-
Brent neftinin qiyməti 108 dolları ötüb
-
"Bu çətinliyə necə dözəcəyəm?" - Məleykə Əsədova
-
Şəkidəki hadisənin şahidi, Coşqun Məmmədovun nişanlısı faciə anından danışdı
-
Çempionlar Liqası: "Fənərbağça" və "Şaxtyor" qələbə qazana bilmədilər
-
Binəqədidə hərəkət məhdudlaşdırılacaq
-
Coşqun və Ucalın faciədən dəqiqələr öncə çəkilən son (Fotosu)
-
Deko "Real"ın heyətə qatdığı ulduz barədə: "Barselona"ya gəlmək istəyirdi
-
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
-
Azərbaycanda taksi qiymətləri bahalaşıb?
-
Rövşən Nəcəf onu direktor təyin etdi - (Foto)
-
Özbəkistan əlifbasını dəyişdi
-
Rusiyadan Vyetnama gözlənilməz təklif - Təyyarələr icarəyə götürüləcək
-
Suraxanıda təmir işləri və qayda pozuntusu səbəbindən tıxac yaranıb - (Video)
-
“Ölkəni kazinoya çevirmisiniz, elə bilirlər ailəmindir” - Lukaşenko
-
Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama
-
Nikahdankənar doğulan uşaqların sayı açıqlandı
-
Rusiyadan Pavloqrada dron zərbəsi: 3 nəfər ölüb, azı 34 yaralı var
-
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi





