İqtisadiyyat

"Azneft"ə baş direktor təyin edilib

27 Dekabr 2019 13:34
0 Şərh     Baxış: 3 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SOCAR-ın "Azneft" İstehsalat Birliyinə (İB) baş direktor təyin edilib.

"Azneft"dən Trend-ə verilən məlumata görə, İB-nin "Abşeronneft" Neft və Qazçıxarma İdarəsinin rəisi Şahmar Hüseynov "Azneft"in baş direktoru vəzifəsinə təyin edilib.

Şahmar Hüseynov "Abşeronneft" NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib. Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.