İqtisadiyyat

Azərbaycan neftinin qiyməti dəyişdi

19 Dekabr 2019 21:42
0 Şərh     Baxış: 1 000
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 18-də 69,42 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,05 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 67,89 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,074 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 68,57 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.