İqtisadiyyat

Azərbaycanda bir istehlakçı orta hesabla ayda nə qədər pul xərcləyib?

19 Dekabr 2019 14:17
0 Şərh     Baxış: 1 006
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda 2019-cu ilin yanvar-noyabr aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 44,1 milyard manat olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 2018-ci ilin yanvar-noyabr aylarına nisbətən müqayisəli qiymətlərlə 3,4 faiz artıb.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-noyabr aylarının səviyyəsini real ifadədə 3,4 faiz üstələyərək 42,4 milyard manata bərabər olub, onun 48,2 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat dövründə istehlak bazarında bir istehlakçı orta hesabla ayda 405,3 manatlıq və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 19,2 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.