İqtisadiyyat

Azərbaycan neftinin qiyməti dəyişdi

17 Dekabr 2019 23:13
0 Şərh     Baxış: 949
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 70,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,75 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 68,6 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,79 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 62,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,76 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 67,96 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,27 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.