İqtisadiyyat

Bu il kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən illə müqayisədə 7,1 faiz artıb

17 Dekabr 2019 11:34
0 Şərh     Baxış: 696
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bu ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,1% artıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.

Onun sözlərinə görə, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ümumi daxili məhsulda payı 6,2% təşkil edib, həmçinin aqrar məhsulların Azərbaycandan ixracı ötən ilin müvafiq dövrü ilə əsaslı formada artıb:

"Hesab edirik ki, bu göstəricilər ilin sonunadək artacaq. Bu göstəricilər ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində düzgün dövlət siyasətinin nəticəsi sayıla bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.