Moody's "Bank Respublika"nın reytinq üzrə proqnozunu "Stabil"dən "Pozitiv"ə yüksəldib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moody's beynəlxalq reytinq agentliyi "Bank Respublika"nın reytinqi üzrə proqnozunu "stabil" dən "pozitiv" ə dəyişib. Agentlik, həmçinin bankın yerli və xarici valyutadakı uzunmüddətli depozit reytinqini "B3" səviyyəsində təsdiqləyib.
Moody's analitikləri "pozitiv" proqnozun bankın kapital adekvatlığı göstəricilərinin və aktivlərin keyfiyyətinin yaxşılaşdığını əks etdirdiyini qeyd ediblər, həmçinin gələcəkdə maliyyə sabitliyinin daha da yaxşılaşacağını gözlədiyini vurğulayıblar.
"Moody's agentliyi tərəfindən bankın reytinq proqnozunun yüksəldilməsi bankın ölkənin maliyyə bazarında lider mövqeyini təsdiqləyir. Hesabatdan göründüyü kimi, Bankın bütün göstəriciləri dinamik artım nümayiş etdirməyə davam edir. Belə ki, reytinq agentliyi tərəfindən kapitalın adekvatlığı, mənfəət, aktivlərin keyfiyyəti kimi əsas göstəricilərdə əhəmiyyətli dərəcədə artım olduğu vurğulanıb.
Xüsusilə qeyd etmək istərdim ki, qeyd olunan müsbət tendensiya bankın prioritet sahəsi olan real sektora verilən kreditlərin həcminin artmasına əsaslanır. Belə ki, mikro, kiçik və orta sahibkarlığa verilən kreditlərinin həcmi bankın ümumi portfelində 74% təşkil edir. Biz bundan sonra da iqtisadiyyatın real sektoruna verilən kreditlərin həcmini artırmaq niyyətindəyik və eyni zamanda müştərilərimizə yüksək keyfiyyətli xidmət və rahat servis göstərməyə davam edəcəyik", deyə "Bank Respublika"nın Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
DİGƏR XƏBƏRLƏR
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
XƏBƏR LENTİ
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu
-
Ayaqqabıya 1 qaşıq tökün: Qoxu yox olur, nəmdən əsər-əlamət qalmır
-
Nağıl kimi həyat başlayır: Sərvətinə sərvət qatacaq 3 bürc
-
Qara sarımsağın gizli faydaları
-
93 yaşı olsa da, nə əasası, nə də baxıcısı var: Səhərlər sadəcə bunu edir
-
Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)





