İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

1 Oktyabr 2019 23:23
0 Şərh     Baxış: 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 30-da 63,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,97 dollar/barel azdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,73 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 57,63 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,61 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,91 dollar/barel olub, bu da əvvəlki göstəricidən 1,67 dollar/barel azdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.