SOCAR Türkiyədə STAR zavodunun anbar tutumunu artırır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
STAR neft emalı zavodunun xammal və hazır məhsul saxlama potensialını artıracaq obyektlərdən biri istifadəyə verilib, ikincisinin təməli qoyulub.
Milli.Az bu barədə SOCAR-a istinadən məlumat verib.
Məlumata görə, "SOCAR Türkiyə"nin törəməsi olan və ildə 10 milyon ton xam neft emal gücünə malik STAR zavodunun saxlama tutumunun artırılması məqsədi ilə yeni investisiya layihələri həyata keçirilir. Bunlardan "SOCAR Depolama" terminalında çənlərin genişləndirilməsi layihəsi başa çatdırılaraq istifadəyə verilib, STAR neft emalı zavodunun xam neft və ara məhsul çənlərinin potensialını artıracaq layihəyə isə start verilib. Bu münasibətlə keçirilmiş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev, "SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev, "SOCAR Türkiyə"nin baş icraçı direktoru Zaur Qəhrəmanov, STAR neft emalı zavodunun və layihədə iştirak edən podratçı şirkətlərin rəhbərləri iştirak ediblər. Yeni investisiyalar "SOCAR Türkiyə"nin və müştərilərinin istifadə edəcəyi anbarların tutumunu 2,5 milyon kubmetrə çatdırmağa imkan verəcək.
Təntənəli mərasim ilə açılışı keçirilən "SOCAR Depolama" terminalında çənlərin genişləndirilməsi layihəsi ümumilikdə 335 000 kubmetrlik tutuma malik 12 çəni əhatə edir. Yeni layihənin həyata keçirilməsi ilə hazırda Egey bölgəsinin ən böyük saxlama terminalı olan bu obyekt Türkiyənin 5 böyük terminalından birinə çevriləcək. Tikintisi 2017-ci ilin sentyabrında başlamış obyekt dizel, benzin, təyyarə yanacağı və reformat məhsullarının saxlanılması üçün nəzərdə tutulub.
Hazırda təməli qoyulan "STAR neft emalı zavodunun xam neft və ara məhsul çənləri" layihəsi isə emal zavodunun anbar tutumunu artırmaqla yanaşı əməliyyat çevikliyini də təmin edəcək. Əlavə 342 000 kubmetr saxlama imkanı yaradan bu növbəti layihənin 2021-ci ilə tamamlanması nəzərdə tutulur.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Silk Way West Airlines” “CargoAi” vasitəsilə rəqəmsal bronlaşdırma imkanlarını genişləndirir
-
Azərbaycanda orta aylıq əmək haqqı 7,2% artdı
-
Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
-
Türkmənistandan nə alırıq və nə satırıq?
-
Azərbaycanda bu valyutalar bahalaşdı - Rəsmi
-
Neft bahalaşdı: “Brent” 102 dolları keçdi
XƏBƏR LENTİ
-
Ceyranbatanda yaşayış binasında baş vermiş yanğın söndürülüb - (Foto/Video)
-
Rafinya "Qalatasaray"la oyunda iştirak etməyəcək
-
Beynəlxalq səyyahlar Ağdərədəki Gəncəsər monastırında olublar - (Foto)
-
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
-
Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı
-
Atilla Taşın qızının yıxılaraq öldüyü binanın görüntüləri yayıldı – (Video)
-
Güllünün qətlində günahlandırılan qızı ilə bağlı qərar verildi
-
Samsung bu 2 model üçün yeniləməni dayandırdı
-
Mikel Arteta dünyada ən çox maaş alan baş məşqçisi olacaq
-
Dərs buraxan şagirdlərin valideynlərinin cərimələnməsi ilə bağlı açıqlama
-
Tibb bacısı bıçaqlandı - Vəziyyəti ağırdır
-
Özcan Denizin xanımına ağır itki
-
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
-
Murad Arif 15 il əvvəlki toy görüntüsünü paylaşdı - (Video)
-
Məktəblərdə geyim formalarına dair monitorinqlər aparılacaq
-
2-ci Pyerluici Kollina peyda oldu: Türkiyədə gündəm oldu - (Foto)
-
Müğənni toyda canlı yayım açıb göz yaşı tökdü: “Abırsızlar, küçədə qalmışlar öndədir" - (Video)
-
Afət Fərmanqızı Vəfanın qardaşına 7 min ödəyəcək
-
Yaqut Babayeva uzun fasilədən sonra efridə: "Səhnəyə çıxdım, gördüm ki, tamaşaçı yoxdur" - (Video)
-
Kerem Demirbay: “Qalatasaray”ın ardıcıl 4 dəfə necə çempion olmasından danışsam, aləm dağılar"
-
Hitler Mussolini mer olacaq
-
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək
-
Pünhan Piriyevi tanıdığımız ilk Video
-
Xəzərin gələcəyi üçün mühüm addım: Azərbaycan təşəbbüslərdə ön sırada





