Azərbaycan Beynəlxalq Bankı Goranboy və Ağstafa şöbələrini də yenilədi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Beynəlxalq Bankı filialların transformasiyası layihəsi çərçivəsində filial və şöbələrini müasirləşdirir. Bu prosesin tərkib hissəsi olaraq bankın daha iki regional şöbəsinin xidmət ofisləri yenilənib. Ağstafa şöbəsi Ağstafa şəhəri, Heydər Əliyev küçəsi - 47 B ünvanında, bankın korporativ üslubuna uyğunlaşdırılmış yeni binada fəaliyyətə başlayıb.
Bankın Goranboy şöbəsinin Goranboy şəhəri, Heydər Əliyev küçəsi - 21 ünvanında yerləşən binasında isə əsaslı təmir işləri aparılıb və bu bina da yüksək xidmət standartları tələblərinə uyğun şəkildə yenidən qurulub.
Geniş məkanlarda yerləşən hər iki bina ən müasir bankçılıq texnologiyaları ilə təchiz edilib. Xidmət ofislərində müştərilərə operativ və yüksək keyfiyyətli xidmət üçün hər cür şərait yaradılıb. Azərbaycan Beynəlxalq Bankının müştəriləri bankın digər xidmət ofislərində olduğu kimi Goranboy və Ağstafa şöbələrində də kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, plastik kartların sifarişi, kommunal ödənişlər, nağd valyuta ilə əməliyyatlar və s. daxil olmaqla, bir çox bank məhsul və xidmətlərindən faydalana bilərlər.
Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib ki, xidmət ofislərinin yenilənməsi prosesi Bakı və regionlardakı digər filial və şöbələri də əhatə etməkdədir: "Müştərilərimizin getdikcə dəyişən istək və tələbatlarını nəzərə alaraq, onlar üçün ən yüksək xidmət səviyyəsini təmin etməyə çalışırıq. Əminik ki, xidmət ofislərimizdəki şərait yüksək müştəri məmnuniyyəti yaradacaq. Digər filial və şöbələrimiz kimi bankın Goranboy və Ağstafa şöbələri də keyfiyyətli xidməti, çeşidli məhsul və xidmətləri, biznesə davamlı dəstəyi ilə regionun sosial-iqtisadi inkişafına öz töhfələrini verəcək".
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 35 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Neft yenidən bahalaşdı
-
Bakıda studio mənzillər bahalaşır - Qiymətlər
-
Azərbaycan nefti 121 dolları keçdi
XƏBƏR LENTİ
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
Azərbaycan Qran-prisi: Formula 2 üzrə sonuncu əsas yarış start götürdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir
-
Bu gün "Formula 1"in qalibi bəlli olacaq
-
Prezident İlham Əliyev: Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir
-
Prezident İlham Əliyev: Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var
-
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər
-
Pezeşkian Tramp ilə görüşün şərtini açıqladı
-
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - (Foto)
-
Azərbaycanda vulkan püskürdü
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı





