İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

19 Avqust 2019 23:34
0 Şərh     Baxış: 1 218
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 61,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,47 dollar/barel çoxdur.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 58,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,11 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 58,23 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,61 dollar/barel çoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.