Azərbaycan İsrailə biyan ixrac edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı daha bir qeyri-ənənəvi Azərbaycan məhsulunun xarici bazarlara ixracı istiqamətində uğura imza atıb.
Mərkəzdən Milli.Az-a verilən məlumata görə, Azexport portalının dəvəti ilə İsrailin ən böyük biyan və ekstraktı idxalçısı həmçinin, bu sahədə dünya üzrə ilk onluqda yerləşən "F&C Licorice Group" şirkətinin nümayəndələri Bakıda səfərdə olub. Qonaqların İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşü təşkil olunub.
Azexport portalının meneceri Ayxan Qədəşov bildirib ki, görüşdə Azərbaycandan növbəti mövsüm illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə olunub. Həmçinin İsrail nümayəndələrinə Azərbaycanın münbit investisiya mühiti barədə məlumatlar, eləcə də, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində biyan qəbulu və emalı məntəqələrinin yaradılması üçün təkliflər təqdim olunub.
Qeyd edək ki, Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə olunur. Əldə olunan məhsul əsasən Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac olunmaqla yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur.
Azexport portalı sadalanan texniki və keyfiyyət göstəricilərinə uyğun gələn biyan məhsulunun ixracında maraqlı olan sahibkarlara müraciət edərək bildirir ki, Azexport portalı vasitəsi ilə "F&C Licorice Group" və digər aidiyyəti beynəlxalq şirkətlərin əlaqə vasitələrini əldə edə bilərlər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq
-
Əməliyyatdan sonra ölən 44 yaşlı kişi ilə bağlı açıqlama
-
ANAMA əməkdaşını Ağdərədə ilan vurdu
-
"Botoksdan sonra udquna, başımı qaldıra bilmirdim" - Nərgiz Mirbabayeva
-
"Fənərbaxça" Bakıya gəlib - (Foto/Video)
-
Corcun qardaşı da nişanlandı - (Video)
-
ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar - Hafiz Paşayev
-
Ruslan Eyyubovla birgə tutulanların hamısı ev dustaqlığına buraxıldı
-
Bu gün Azərbaycanda müzakirə olunan məsələlər 34 il əvvəl gündəmdə olan məsələlərdən əhəmiyyətli dərəcədə fərqlənir - Hafiz Paşayev
-
Yaşıllıqlara 47 540 manat ziyan dəyib
-
Prezident İlham Əliyev: Biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat





