Vüsal Qasımlı: "Prezidentin imzaladığı yeni sosial paket iki milyondan çox insanı əhatə edəcək" - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Prezident İlham Əliyevin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əmək haqlarının, eləcə də minimum əməkhaqqının artırılması barədə sərəncamların əhəmiyyətinə dair keçirilən mətbuat konfransında deyib.
V.Qasımlı bildirib ki, ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.
Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə iki milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaqdır. İcraçı direktor əlavə edib ki, Prezidentin ilin əvvəlindən həyata keçirdiyi sosial paketin əhatə dairəsi 3 milyard manatdan artıqdır.
V.Qasımlının sözlərinə görə, imzalanan sərəncamlar minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılmasını, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur.
İcraçı direktor, həmçinin əlavə edib ki, bu ilin əvvəlindən etibarən Prezident İlham Əliyev tərəfindən qəbul edilən qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermişdisə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq. Əmək haqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına və beləliklə, multiplikator effekti ilə iqtisadiyyatın digər sferalarına da öz töhfəsini verəcək.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda çıxarışlı və çıxarışsız mənzillər arasında qiymət fərqi nə qədərdir? - ARAŞDIRMA
-
Qızıl son günlərdə ilk dəfə 4 200 dollardan aşağı düşdü
-
Brent 79 dolları keçdi: Dünya birjalarında son neft qiymətləri
-
Kriptovalyuta bazarında düşüş: Bitcoin və Ethereum son sutkada dəyər itirdi
-
Bakıda orta maaşla ev almaq real şəraitdə neçə il çəkir ? - Hesablama
-
Gözlənilməyən xərclər qarşısında doğru təcili kredit həlli böyük əhəmiyyət kəsb edir
XƏBƏR LENTİ
-
Son bir həftədə yaşıllıqlara 90 min manatdan çox ziyan dəyib
-
Abituriyentlərin 38.4%-i 200-dən az bal topladı
-
Avtomobil satmaq istəyənlərin nəzərinə: Köhnə sahibinin borcu yeni sahibindən çıxır?
-
Ceyhun Bayramov Ralf Horlemannı qəbul edib
-
"Qarabağ"ın qapıçısı Portuqaliya klubu ilə anlaşdı
-
İsrail və Hizbullah atəşkəs barədə razılığa gəldi
-
Aydın Süleymanlıdan Maqnus Karlsen üzərində sensasiyalı qələbə - (Foto-Video)
-
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu - (Video)
-
Vyetnama səfər edənlər üçün vacib yenilik: Elektron qeydiyyat tələb olunur
-
Baş nazirdən Neftçala ilə bağlı yeni qərar: GES tikintisi müddəti 1 il uzadıldı
-
Elza əsəbiləşib bacısının üstünə qışqırdı - (Video)
-
Avroviziya təmsilçimiz son anda qəzadan xilas olduğu anı paylaşdı - (Video)
-
Hava kəskin dəyişəcək: Temperatur 7 dərəcəyədək enəcək - 5 gün
-
Xəzər rayonunda açıq ərazidəki yanğın söndürüldü - Yenilənib - (Video)
-
Ecenin ölümü ilə bağlı yeni detal: Aktrisa meymun dişləməsindən vəfat edib?
-
Bakının iki rayonunda gecə saatlarında işıq kəsiləcək
-
İlqar Xəyal: "Bacımın toyunda oxumağa qoymadı" - (Video)
-
Yumurta niyə ucuzlaşıb? - Şirkətdən Açıqlama
-
Köhnə maşınların dövrü bitir? - DYP-dən rəsmi açıqlama
-
Azərbaycan “Metrik Konvensiya”ya qoşulur
-
Ağ Evdən Livan açıqlaması: Atışmalar azalsa da, gərginlik hər an yenidən başlaya bilər
-
Yasamalda torpaq qiyməti 1 milyona yaxınlaşır: Bahalaşmanın səbəbi nələrdir? - (Foto)
-
Ceyhun Qala xanım həmkarına əsəbiləşib efirdən getdi - (Video)
-
Qara Qarayev prospektində reyd: Keçid olduğu halda həyatını riskə atanlar saxlanıldı





