İqtisadiyyat

Rus gözəllərin Azərbaycanın ən məşhur otelində möhtəşəm gecəsi - VİDEO - FOTO

19 İyun 2017 12:41
0 Şərh     Baxış: 3 510

Tez-tez ölkədə turizm sektorundakı böyük boşluq, bu sahədəki naşılığımızdan bəhs edən hadisələr barədə dost-tanışdan eşidirik. Düzü, mən bu məkana yollananda nikbin heç nə düşünmürdüm. Lakin coğrafi baxımdan Azərbaycanın ən gözəl məkanlarından birində tikilən bu otel, sözün əsl mənasında, ölkə turizmi barəsində sual işarələri ilə dolu olan fikirlərimi tamamiylə alt-üst etməyi bacardı. Məkana ayaq basdığımız ilk dəqiqələrdən bizi qarşılayan gülərüz personal və yüksək xidmət Azərbaycanda otel xidməti haqda olan fikirlərimi tamami ilə dəyişdi.

Söhbət "Rixos Quba Azerbaijan" otelindən gedir... Hər bir şeyin yüksək səviyyədə təşkil edildiyi bu məkanda yerli əhalinin və əcnəbi turistlərin rahatlığı, istirahəti və əylənməsi üçün hər bir şərait mövcuddur. Əsas da hər fürsətdə sənə yardım etməyə çalışan bir personal ilə qarşılaşanda, ölkəmizdə də belə bir məkanın olduğuna görə sevinməmək mümkün deyil. Bizim səfərimiz Rusiyanın məşhur "Serebro" qrupunun konsert gününə təsadüf etdi. Otel gəzintimizi bu konsertlə tamamladıq. Yay mövsümünün açılışı üçün sözügedən məkana dəvət edilən rusiyalı müğənnilərin şousu isə gecəyə əlavə rəng qatdı. 

Digər məqamları isə yazıya əlavə etdiyimiz fotolarda görəcəksiniz:

Qeyd edək ki, 17 iyun tarixində "Rixos Quba Azerbaijan" otelinin "Şimal" ziyafət zalında məşhur "Serebro" qrupunun iştirakı ilə yay mövsümünün təntənəli açılış mərasimi keçirilib. Sevilən qrup otelin qonaqları qarşısında ən qaynar hitləri, yeni mahnıları və mötəşəm şou proqramla çıxış ediblər.

Tədbir xüsusi əyləncə proqramı əsasında təşkil olunub. Mövsüm açılışında maraqlı müsabiqələr, uşaqlar üçün animatorların çıxışı, səhərədək davam edən DJ musiqisi qonaqların böyük marağına səbəb oub.

Qonaqlar arasında mehmanxanada istirahət edən yerli qonaqlar, eləcə də Rusiya, Ukrayna, İran, Gürcüstan, İsrail və digər ölkələrdən konsertə gələn turistlər, xüsusi olaraq konsertə dəvət edilmiş media nümayəndələri də yer alıb. Media nümayəndələri açılış mərasimində iştirakdan əlavə, "Rixos Quba Azerbaijan" otelinin xidmətləri, eləcə də otelin Qolf Klubu ilə tanış olublar.

Nəzərinizə çatdıraq ki, "Rixos Quba Azerbaijan", 2013-cü ildə inşa edilib, sahəsi 95 hektardır. Otelin ərazisində dağ, meşə və göl mənzərəli 212 otaq, suit və villa, o cümlədən 18 dəlikli peşəkar qolf meydançası, SPA mərkəzi, boulinq klub, kinoteatr, restoran, gecə klubu, əyləncə parkı mövcuddur.

"Rixos Quba Azerbaijan" otelinin qonaqları Azərbaycan, türk və dünya mətbəxinin ləziz yeməklərindən, eksklüziv içki və şərablarından zövq ala bilərlər. Otel konfrans, biznes tədbirləri, eləcə də toy və digər ziyafətlərin keçirilməsi üçün ideal məkandır. Regionun ən böyük konfrans zallarından biri məhz burada yerləşir.
Özündə rahatlıq və müasir dizaynı əks etdirən "Rixos Quba Azerbaijan" 5 ulduz istirahət və möhtəşəm lüks tətil üçün ideal seçimdir.

Təhməz Təkin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Rus gözəllərin Azərbaycanın ən məşhur otelində möhtəşəm gecəsi

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.