İqtisadiyyat

Şokoladın keyfiyyətinə necə əmin olmaq olar?

22 İyun 2011 13:52
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Gündəlik qidamızda geniş istifadə olunan şokolad kakaodan, şəkər və digər dad-ətirverici maddələrdən istifadə edilməklə hazırlanan qənnadı məhsuludur. Tərkibində yaşıl çayda olan flavonoid maddəsi ürək-damar sisteminə müsbət təsir göstərir, insanın əhval-ruhiyyəsini qaldırır, iştah yaradır. O, həmçinin E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin olduğuna görə bədənin ehtiyaclarını ödəmək baxımından əvəzsiz qida qaynağıdır. Yüksək tonusqaldırıcı xassəyə və enerjivermə qabiliyyətinə malikdir. Şokolad istehsalında əlavə xammal kimi müxtəlif növ qərzəkli meyvələrin ləpəsindən, quru süddən, vaflidən, sukatdan və ətirli maddələrdən istifadə edilir. Şokolad kütləsinin emalından asılı olaraq adi və desert şokolad növlərinə ayrılır. Konsistensiyası bərk olan şokolad məhsulları aromatlı, qida əlavələrilə və qatqı ilə ola bilər. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti vətanşalara şokolad alarkən diqqətli olmağı məshələr görür. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, şokolad alarkən onun qablaşdırılması, qoxusu və saxlama müddətinə diqqət etmək lazımdır.

Şokoladı sanitar qaydaları gözləmək şərti ilə resept və texnoloji qaydalara, qəbul olunan standartın tələblərinə uyğun olaraq hazırlayırlar. Tərkibindəki toksik elementlərin, pestisidlərin, aflatoksininin və s. maddələrin miqdarı qəbul olunan normalardan artıq olmamalıdır. Şokoladın tərkibində olan yağ organizmə daxil olduqda xolesterol artımına səbəb olmur, hətta xolesterolun azalmasına kömək edir.

Tərkibindən asılı olaraq şokoladı qara, südlü və ağ kimi növlərə bölürlər. Bundan əlavə az miqdarda diabet növləri də vardır. Diabetli şokolad şəkər diabetli xəstələr üçün nəzərdə tutulub. Şokolad nə qədər qara olsa tərkibində kakao yağının miqdarı da yüksək olur. Lakin həddən çox yemək piylənmə, səpmə, diş çürüməsi kimi problemlərə gətirib çıxara bilər. Kiçik yaşlı uşaqların bu məhsulu normadan artıq qəbul etməsi məsləhət deyil.

Məhsulun çeşidindən asılı olaraq markalanmasında qeyd olunan məlumatlarda müəyyən fərqlər olsa da əsasən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, qida dəyərliyi və s. mütləq göstərilməlidir. Diabetli xəstələr üçün nəzərdə tutulan məhsulun üzərində isə həkimin təyinatına əsasən istifadə olunması qeyd edilməlidir.

Şokoladlar dənə, qarışıq, bir çeşiddə qablaşdırılan, yaxud çəki şəklində buraxırlar. Qablaşdırılan şokoladların üzərindəki yazıda məhsulun tərkibi qeyd olunduğu üçün onun keyfiyyətini müəyyən etmək asandır. Kakaonun faiz tərkibinin yüksək olması onun yüksək keyfiyyətinə işarədir.

Şokolad məmulatı bükülmüş və bükülməmiş halda satışa daxil olur. Bükülmüş şokolad qutulara qablaşdırılır. Plitka şokoladı iki, yaxud üçqat kağıza sarınmış (nazik sarğı kağızı, folqa və bədii bəzəkli etiket, yaxud kaşirovka olunan bəzəkli kağız) olur. Bükülən şokoladı xalis kütləsi 5 kiloqrama qədər olan karton yeşiklərə, yaxud 20-30 kq. olan faner, taxta yeşiklərə qablaşdırırlar. Kütləsi 50 qram və daha çox olan şokoladın markalanmasında adi qeydlərlə yanaşı, tərkibin əsas komponentləri də göstərilir.

Şokolad məmulatını 18±3ºC temperaturda və 75% nisbi rütubətdə, əlavəsiz şokoladı 6 ay, əlavəli və içlikli şokoladı 3 ay, çəkilib satılacaq əlavəsiz şokoladı 4 ay, əlavəlini isə 2 ay saxlamaq olar. Şokoladın açıq günəş şüaları altında, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanması qadağandır. Ona görə də bu məmulatları alarkən qeyd olunanlara diqqət etmək lazımdır.

Bir çox şokoladlar qablaşdırılmadan, çəkilə satılır. Bu zaman istehlakçıya onun keyfiyyətini müəyyən etmək çətin olur. Belə olduqda həmin şokoladı bütöv, yaxud qırıq halında götürüb iki barmağın arasında 2-3 dəqiqə saxlamaq kifayətdir. Əgər şokoladın tərkibində kakao 40 faizdən aşağıdırsa, bitki və müxtəlif yağlar əlavə olunubsa, o əriyəcək. Bitki yağlarının əlavə olunmadığı keyfiyyətli şokoladlar isə uzun müddət əriməyəcəkdir. Tərkibində 55%-dən artıq kakao məhsulu olan şokoladlar hətta yayda da ərimirlər.

ANS PRESS
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.