Azərbaycanlı, özbək və çinli iş adamları "Direct Call, Canton Fair" telekörpüsü zamanı biznesi müzakirə edəcəklər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin mart ayının 2-də Bakıda "Park İnn" otelində ilk dəfə olaraq Azərbaycan, Özbəkistan və Çindən olan iş adamları arasında telekörpü təşkil olunacaq. İş adamlarını dünyanın ən iri idxal və ixrac məhsullarının sərgiləndiyi "CANTON Fair" (Çin, Quançjou) yarmarkası ilə birləşdirəcək "Direct Call, Canton Fair" telekonfransı Çin Xalq Respublikasının Ticarət Nazirliyi yanında təsis edilmiş Çin Xarici Ticarət Mərkəzinin (China Foreign Trade Centre") təşkilati dəstəyi, "International Business Travel" şirkəti və Beynəlxalq Biznes və Texnologiyalar Assosiasiyası (BBTA) tərəfindən təşkil ediləcək.
Tədbir özündə ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində çalışan 70 iştirakçını, iş adamını birləşdirəcək və telekonfrans zamanı azərbaycanlı biznesmenlər müxtəlif suallar ünvanlamaq, qarşılıqlı fayda gətirə biləcək biznes əlaqələrinin qurulması perspektivləri haqda məlumat almaq, onları maraqlandıran məsələlər barədə müzakirələr və həmçinin təcrübə mübadiləsi aparmaq kimi imkana sahib olacaqlar.
Qeyd edək ki, "CANTON Fair" telekonfransı hər il keçirilir və Çin, Orta Asiya və digər dövlətlərdən olan iştirakçıları birləşdirir. 2015-ci ildə analoji telekörpü "CANTON Fair" sərgisinin təşkilatçıları ilə Özbəkistandan olan müxtəlif iş adamlarını bir araya gətirmişdi və hər iki tərəfdən artan marağa səbəb olmuşdu.
Bu il isə telekonfransın iştirakçılarının coğrafiyanın genişlənməsi və internet vasitəsilə Bakı, Daşkənd və Quançjou şəhərlərindən olan iş adamlarının iştirakı ilə üçtərəfli bir telekörpünün təşkili bu ölkələrin biznesmenləri üçün yeni üfüqlər açacaq.
Ötən illərdə olduğu kimi bu il də iştirakçıların suallarını Çin Xarici Ticarət Mərkəzi yanında Beynəlxalq Əlaqələr İdarəsindən olan xanım Joanna Qu cavablandıracaq.
"CANTON Fair" ticarət platformasına maraq ilbəil artır və hər il dünyanın müxtəlif ölkələrindən minlərlə iş adamı bu sərgini ziyarət edir. Azərbaycanlı iş adamlarının ölkəmizdə istehsal olunan və geniş çeşidə malik məhsulların ixracına və xarici tərəfdaşlarla yeni əlaqələrin qurulmasına olan marağını nəzərə alsaq, bu telekonfrans Çin, Özbəkistan və Azərbaycan biznes qurumlarını birləşdirə bilən bir körpü ola bilər ki, bu da ticarət əlaqələrinin inkişafına yeni təkan verər.
Azərbaycandan olan iş adamlarının iştirakı ilə belə tədbirlərin təşkili ticarət və biznesin inkişafı, yeni investisiyaların tapılması və həmçinin Azərbaycan məhsullarının ixracının əhatə dairəsinin genişlənməsi üçün əlverişli şərait yarada bilər.
"CANTON Fair" haqqında:
Kanton yarmarkası öz miqyası və təklif edilən məhsullar baxımından dünyada analoqu olmayan bir yarmarkadır. Burada çinli sahibkarlarla yanaşı, xarici şirkətlər də öz məhsullarını nümayiş etdirirlər. Kanton yarmarkasında praktiki olaraq texnikadan, bütün növ avadanlıqlardan başlayaraq mebel, geyim və qida məhsullarına qədər geniş çeşiddə məhsullar sərgilənir. Bu sərginin iştirakçılarının sayı artıq 1 milyonu keçib.
DİGƏR XƏBƏRLƏR
-
Fermerlər məhsul istehsalına başlamadan maliyyə ala biləcəklər - (Video)
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
XƏBƏR LENTİ
-
"Kastinqlərdə şalvarımı çıxarmağımı istəyirdilər" - Sandra Bullok
-
Sarı yoxsa yaşıl? Bananı bu şəkildə yeyənlər diqqətli olsunlar
-
Niyaməddin Musayev bu yolla formada qalır - (Video)
-
Həftədə 25 saat hosteldə işləyib... Bu ölkədə pulsuz yaşamaq olar
-
“Evdə soğan belə doğramıram” - Aytəkin Mərdanova - (Video)
-
Ərdoğan ABŞ-yə getdi
-
38 yaşlı kişi faciəvi şəkildə öldü - (Video)
-
Tələbələri təhdid edən şəxs yenidən universitetə bərpa olunacaq?
-
"Türkiyənin ən gözəl qadınını istəyən" general Ankara ilə əlaqələr kəsildi
-
Günün qoroskopu: Bütün işlərinizi sürətlə yoluna qoya biləcəksiniz
-
Bilgəhdə dənizdə batan gənclər yataqxanada qalırlarmış - Təfərrüat - (Video)
-
Matçdan öncəki məşq zamanı qorxulu qəza - (Video)
-
"Həddi bir az aşmışıq, üzr istəyirəm" - Rüfət Nasosnu - (Video)
-
Mourinyo məğlubiyyətdən sonra hakimləri tənqid etdi
-
İtaliyada niqab qadağan edilir
-
Zelenski Trampla Nyu-Yorkda görüşlə bağlı razılığa gəlib
-
Kadir İnanırın mirası açıqlandı
-
“Ela” və “Levent” 18 il sonra yenidən bir arada - (Video)
-
Məmmədəli Mehdiyev cüdo üzrə veteranlar arasında dünya çempionu olub
-
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - (Foto)
-
Göygöldə qadın qətlə yetirilib - şübhəli əridir
-
Macarıstanın baş naziri Peter Madyar ictimai tədbirdə hücuma məruz qaldı - (Video)
-
"Sumqayıt" "Kəpəz"lə heç-heçə edib
-
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - (Foto)





