İqtisadiyyat

Nazir: “Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Şura yaradılmalıdır”

26 Aprel 2011 13:11
Baxış: 228
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov deyib. Onun sözlərinə görə, qeyri-formal məşğulluq işçilərin nəinki hüquqlarının pozulmasına, hətta bəzən bu hüquqların sıfıra enməsinə gətirib çıxarır: "İnsanlar işsiz qalmaqdansa, hər hansı müqavilə bağlamadan işləməyə məcbur olurlar. Bu, daha çox özəl sektorda baş verir. İşçilərimiz məcburən əmək müqaviləsi olmayan işlə məşğul olaraq, kifayət qədər zərbə altında qalırlar. Bu məsələni yalnız hökumət həll edə bilməz. Ona görə də qısa müddətdə Əməyin Mühafizəsi və Sağlamlıq üzrə Şura yaradılmalıdır ki, daha sonra biz birgə fəaliyyət planımızı müzakirə edək".

Füzuli Ələkbərov deyib ki, bu şura sosial tərəfdaşlar, aparıcı işəgötürən və müvafiq təşkilatlardan ibarət olmalıdır. Nazir əməyin mühafizəsi sahəsində əhali arasında maarifləndirmə işlərinə diqqətin artırılmasını da vacib sayıb.

Füzuli Ələkbərovun sözlərinə görə, istehsalatda baş verən bədbəxt hadisələrin və ölüm hallarının böyük hissəsi də özəl təşkilatların payına düşür: "Həmkarlar təşkilatlarının fəaliyyət göstərdiyi müəssisələrdə isə belə hallar azdır".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.