İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda gömrük rüsumları tamamilə nağdsız hesablaşmaya keçirilib
13 Aprel 2011 21:18
Baxış: 378
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Cari ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən proqnozlaşdırılan 240 milyon manata nisbətdə aparılan idxal-ixrac əməliyyatlarından 240,6 milyon manat gömrük ödənişləri toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) rəhbəri Aydın Əliyev çərşənbə axşamı Nazirlər Kabinetinin 2011-ci ilin I rübündə respublikanın sosial-iqtisadi inkişafına həsr olunmuş geniş iclasında bildirib. İclas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilib.
DGK rəhbərinin sözlərinə görə, 2011-ci il dövlət büdcəsində Dövlət Gömrük Komitəsi üçün 1 milyard 120 milyon manat büdcə öhdəliyi proqnozlaşdırılıb. Artıq birinci rübdə proqnoza 100,2 faiz əməl edilib.
Əliyev bildirib ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan bütün gömrük idarələrində şəffaflığın təmin olunması məqsədilə POS-terminallar quraşdırılıb, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanıb.
Onun sözlərinə görə, eləcə də göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara gömrük idarələrində elektron idarəetmə sisteminin tətbiqinə başlanıb, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaq.
Həmçinin, gömrük əməkdaşları tərəfindən qulluq vəzifələrinin icrası zamanı qanunvericiliyin tələblərinə riayət edilməsinə nəzarət gücləndirilib.
Aprelin 13-nə olan rəsmi məzənnə 0,792 AZN/USD təşkil edir.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Neft rekorda doğru - Qiymət görün neçə dolları keçdi
-
Dünənki imtahanın cavabları nə vaxt açıqlanacaq?
-
İşə çatan kimi yuxunuz gəlir? - Bu üsullar sizi dərhal ayıldacaq
-
"Anamdan bir dəfə "səni sevirəm" sözünü EŞİTMƏDİM"
-
Bakının bu ərazilərində işıq 3 saatlıq KƏSİLƏCƏK
-
Van Persi qovuldu
-
Yola maşınla çıxanlara VACİB XƏBƏR - 7 əsas küçədə…
-
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşüb
-
Buzun üzə faydaları: Bioloji əsasları, doğru istifadəsi və diqqət edilməli məqamlar
-
İyun ayı BÜRCLƏRə nə vəd edir?
-
Qarpız salatı resepti
-
Gözümüzü günəş şüasından necə QORUYAQ?
-
Dünyanın ən bahalı BUNKERLƏRİ
-
Müxtəlif geyimlər üçün hansı yuma rejimini seçmək daha YAXŞIDIR?
-
Gecə turizmi üçün ən yaxşı şəhərlərin SİYAHISI
-
Bu şəxslərin beyni daha gec YAŞLANIR
-
Küçədə itlərin hücumundan necə qorunmaq olar?
-
Çiyələk mürəbbəsi neçə dəqiqə qaynadılır?
-
Kobaxidze Paşinyanı təbrik etdi
-
"Həyat əclafdır, amma buna dəyər": Şakira Pikenin xəyanətindən DANIŞDI
-
Çörək mayası çox olarsa nə baş verər?
-
Bağçaların baş bəlası olan ilbizlərə qarşı təbii həll yolu
-
Günün qoroskopu: Bu gün eşq həyatında şanslı gündür
-
İlkin rəsmi nəticələr açıqlandı - YENİLƏNİB