İqtisadiyyat

Azərbaycan yeni regional aeroportlar açmağa hazırlaşır

12 Aprel 2011 18:20
Baxış: 523
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu barədə APA-ya AZAL-ın vitse-prezidenti Sabir İlyasov məlumat verib. Onun sözlərinə görə, Naftalanda çoxsaylı müalicə ocaqları və obyektlərinin olması bura olan marağı artırıb. Hələ SSRİ dövründə Naftalana təyyarə reyslərinin olduğunu (həmin vaxt Naftalana "Yak-40"-lar uçurdu) xatırladan S.İlyasovun sözlərinə görə, indi AZAL bu reyslərin bərpası barədə düşünür. Bununla bağlı yeganə problem Naftalanın cəbhə xəttinə nisbətən yaxın olması ilə bağlıdır: "Buna görə də uçuşun təhlükəsizliyinin təmin olunması ilə bağlı bəzi çətinliklər var. Fikirləşirik ki, aeroportu necə layihələndirək, necə inşa edək ki, təhlükəsizlik tam təmin olunsun. Bunu edə bilsək, reysləri bərpa edəcəyik".

Qeyd edək ki, hazırda Qəbələ rayonunda hava limanının tikintisi davam edir. S.İlyasov bildirib ki, Qəbələdə aeroportun tikintisi başa çatandan sonra bu hava limanı təkcə ölkədaxili reysləri deyil, beynəlxalq reysləri də qəbul etmək iqtidarında olacaq. Onun sözlərinə görə, Qəbələdə beynəlxalq tədbirlər tez-tez keçirildiyi üçün burada aeroportun tikintisi özünü tamamilə doğruldacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.