Yaxşı təqaüd alan baba-nənənin üzü ağ, başı uca olur
Qanuni əmək fəaliyyəti ilə məşğul olan, əlavə heç bir yerdən qazancı olmayan hər bir kəsin ən böyük arzusu pensiyaya çıxdıqdan sonra, heç kimə möhtac olmadan alacağı təqaüdün hesabına rahat və firavan yaşamaqdır. Həqiqətən də insan pensiya dövründə işlədiyi illərdə çəkdiyi zəhmətin layiqli qiymətini alanda, bəhrəsini görəndə, necə deyərlər ikinci cavanlığın yaşayır. Yaxşı təqaüd alan baba-nənə həmişə üzü ağ, başı uca gəzir, öz halal puluna dolanır, yeri gələndə hələ övladlarına da maddi yardım edir, nəvə-nəticələrinə istədikləri hədiyyələri ala bilir. Təqaüdçülərə bu xoşbəxtliyi isə müasir  sığorta-pensiya sistemi verə bilər.
Son illər sığorta-pensiya sahəsində uğurlu islahatlar aparılır
Respublikamızda son illər sığorta-pensiya sahəsində aparılan uğurlu islahatlar, həyata keçirilən tədbirlər vətəndaşların pensiya təminatına bağladıqları ümidlərin doğruladacağına inam yaradır. 2001-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası əhalinin sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması baxımından çox mühüm addım oldu və sığorta-pensiya sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasını vacib məsələ kimi qarşıya qoydu.  2006-cı ildən etibarən ölkəmizdə əmək pensiyasının - baza, sığorta və yığım hissələrindən ibarət üçpilləli sistemi işə salınıb, icbari sosial sığortanın idarəedilməsi,  vətəndaşların fərdi uçotunun aparılması və pensiya məsələləri vahid mərkəzdə - Dövlət Sosial Müdafiə Fondunda cəmləşdirilib. 
Sığorta-pensiya sistemi avtomatlaşdırılır
Hazırda Azərbaycan Respublikası Prezidentinin "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamının icrası ilə əlaqədar pensiya təyinatının avtomatlaşdırılması istiqamətində işlər sürətlə davam etdirilir. Avtomatlaşdırılma prosesi informasiya cəmiyyəti quruculuğu çərçivəsində "Elektron hökumət" prinsiplərinə uyğun aparılır. Müasir informasiya və kommunikasiya texnologiyalarının  geniş imkanlarından istifadə edərək sığorta-pensiya sahəsində əhali üçün mühüm əhəmiyyət kəsb edən xidmətlər elektron formaya keçirilir, inzibati idarə etmə fəaliyyəti avtomatlaşdırılır, əməliyyatlara məmur təsiri minimuma yendirilir. Bütün bunlar  pensiya təminatı sistemində bürokratik əngəllərin aradan qaldırılmasına, işin keyfiyyətinin və şəffaflığının artırılmasına zəmin yaradır. Artıq təqaüdlərin plastik kartlarla ödənilməsi tam tətbiq edilib, pensiyaçılar yaşadığı ünvandan asılı olmayaraq, respublikamızın istənilən yerində bankomatlar vasitəsilə öz pullarını çox rahatlıqla ala bilirlər.
Pensiya kalkulyatoru işə salınıb
Sığorta-pensiya sisteminin avtomatlaşdırılması pensiyaçıların problemlərini xeyli azaldıb. Bu gün DSMF-in rəsmi internet portalında (www.sspf.gov.az) sığorta-pensiya sahəsi ilə bağlı operativ elektron xidmətlər göstərilir. Bu xidmətlərdən ən yenisi və maraqlısı "Pensiya kalkulyatorudur". İstənilən şəxs DSMF-in internet saytında sağ tərəfdə  yerləşən "Pensiya kalkulyatoru" bölməsinə daxil olmaqla özünün və ya yaxın adamının pensiyasını hesablaya bilər. Hesablama qaydası interaktiv rejimdə çox sadədir, kalkulyatordakı sol qrafalara müvafiq olaraq 2006-cı ilə qədər olan iş stajı, həmin ildən bəri hər il üçün hesablanmış əmək haqlarının cəmi daxil edilməli və aşağıdakı "Hesabla" düyməsi basılmalıdır. Sağ tərəfdə, hesablamanın nəticəsi olaraq 2006-cı ilə qədərki pensiyanın sığorta hissəsinin məbləği, 2006-cı il də daxil olmaqla sonrakı hər il üçün pensiyanın sığorta kapitalı, yekun olaraq pensiyasının sığorta hissəsi, baza hissəsi və məbləği göstərilir.
Göründüyü kimi "Pensiya kalkulyatoru" ilə işləmək çox asandır və saytda belə xidmətin göstərilməsi olduqca təqdirəlayiq haldır. Bununla belə, bu sistemə girişi daha da sadələşdirmək olar. Belə ki, "Pensiya kalkulyatoru" bölməsinə daxil olan kimi istifadəçiyə təsdiq etmək üçün verilən - "Pensiyanızın məbləği haqqında məlumat almaq istəyirsinizmi?" sualını yığışdırmaq olar, çünki, aydın məsələdir ki, istifadəçi məlumat almaq məqsədilə bu xidmətə müraciət edib və onun təzədən seçim etməsi əlavə vaxt aparır ki, bu da internet sürəti az olan yerlərdə ləngidici təsir göstərir. Bundan sonra sosial sığorta şəhadətnaməsinin nömrəsini yığmaq da artıq vaxt itkisidir, çünki kalkulyator avtomatik deyil, onsuzda istifadəçinin sonradan daxil etdiyi verilənlər əsasında pensiyanın məbləğini hesablayır. Konfidensial xarakter daşımayan informasiyaya ikipilləli giriş operativlik baxımından səmərəli deyildir. Başqa sözlə, əgər burda məxfi fərdi informasiya verilsəydi, onda sosial sığorta şəhadətnaməsinin nömrəsinin və əlavə olaraq xüsusi kodun yığılması zəruri olardı. Yeri gəlmişkən, DSMF-in məlumatına görə belə fərdi informasiyaları özündə daşıyan elektron xidmətinin yaradılması üzərində işlər tamamlanmaq üzrədir, yeni sistemin köməyi ilə istifadəçilər gələcək pensiyalarının təmin olunmuş məbləğini müəyyənləşdirə biləcək və heç bir sənəd almadan vətəndaşlara pensiya təyin etmək mümkün olacaq. Bu sistem həm də işəgötürənlər üzərində ictimai nəzarəti gücləndirəcək, işçi özü üçün tələb olunan sosial sığorta haqlarının işəgötürən tərəfindən vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət edə biləcəkdir.  
Pensiyaçılar üçün "SMS info" xidməti yaradılıb
Bu yaxınlarda Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiyaçıların mənafeyinə hesablanmış yeni bir "SMS info" xidmətinə start verilib. Belə ki, Bakıda, Sumqayıtda və Abşeronda yaşayan pensiyaçılar hesablarına təqaüdlərinin köçürülməsi barədə məlumatı mobil telefonlarına göndərilən SMS vasitəsilə ala biləcəklər. Bu xidmət sayəsində pensiyaçılar hesablarına pul köçürülən vaxtı dəqiq bilməklə boş yerə bankomatlara gedib-gəlməkdən azad olacaqlar. SMS xidmətinin bir üstünlüyü də var ki, DSMF sığorta-pensiya sahəsində baş verən mühüm yeniliklər, yaradılan xidmətlər, təlimatlar barədə pensiyaçıları operativ olaraq məlumatlandıra biləcəkdir. Diqqətəlayiq haldır ki, bu proseslərdə SMS haqqı pensiyaçıların deyil, DSMF-in hesabına ödəniləcəkdir. SMS xidmətindən yararlanmaq üçün təqaüdçülər öz mobil telefonlarının nömrələrini, telefonu olmayanlar isə yaxınlarından kiminsə mobil telefon nömrəsini DSMF-də qeydiyyatdan keçirməlidir.
Azərbaycan sığorta-pensiya modeli beynəlxalq arenaya çıxır
Göründüyü kimi Azərbaycanın sığorta-pensiya modelinin uğurlu nəticələri pensiyaçıları bir çox qayğılardan azad edir, onlara etibarlı pensiya təminatı verir. Fərəhli haldır ki, bu model nüfuzlu beynəlxalq təşkilatlar və maliyyə institutları tərəfindən çox yüksək qiymətləndirilir və onun öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə edilir. Artıq bir sıra  MDB və xarici dövlət nümayəndələri Azərbaycan sığorta-pensiya sistemi ilə tanış olmaq üçün Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciətlər edir, əməkdaşlıq üçün  respublikamıza işgüzar səfərlərdə olurlar. Bütün bunlar isə respublikamızda əhalinin sosial müdafiəsi üçün görülən işlərin beynəlxalq standartlara uyğun gəldiyini göstərir.
Vüqar Haqverdiyev 
Milli.Az
Yazı, Dövlət Sosial Müdafiə Fondunun "Sığorta-pensiya sistemində şəffaflığın artırılması etibarlı sosial müdafiənin əsas şərtidir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir.    
    
    
    
    
    İqtisadiyyat
     VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    
    
        
    
    
    
    
    
    
        
            
        
        
            
            
        
    
    
    
        
                
        
            
        
            
        
        
            
        
    
    
    
        
    
    
    
            
    
    
    
        
    
    
Avtomatlaşdırılmış pensiya təminatı: pensiyaçılara bəxş edəcəkmi xoşbəxt həyatı?...
18 Mart 2011 08:30
    
                Baxış: 7 712    
    
             VTB-də yüksək depozit faizleri daha çox qazandırır
        
                VTB-də yüksək depozit faizleri daha çox qazandırır
                
        
    
        
    
    
    
    
    DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
- 
                
                    .jpg) Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi - FOTO Tatlısəsin oğluna atasına yaxınlaşmaq qadağan edildi - FOTO
- 
                
                     Bu marşrutun hərəkət sxemi dəyişdirilir Bu marşrutun hərəkət sxemi dəyişdirilir
- 
                
                    .jpg) DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub - FOTO
- 
                
                     Gəlinin anası toyda kürəkəni HƏDƏLƏDİ: qızının ətəyini qaldırıb...  - VİDEO Gəlinin anası toyda kürəkəni HƏDƏLƏDİ: qızının ətəyini qaldırıb...  - VİDEO
- 
                
                     Səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Həkəri dəmir yolu stansiyasına baxış keçiriblər - VİDEO - FOTO Səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri Həkəri dəmir yolu stansiyasına baxış keçiriblər - VİDEO - FOTO
- 
                
                     “Toyota"da ciddi NASAZLIQ: 1,28 milyon avtomobil geri çağırılır “Toyota"da ciddi NASAZLIQ: 1,28 milyon avtomobil geri çağırılır
- 
                
                     Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü Salyanda 21 yaşlı oğlan faciəvi şəkildə öldü
- 
                
                     Azərbaycanlı məşhurların arxiv toy FOTOları gündəm oldu Azərbaycanlı məşhurların arxiv toy FOTOları gündəm oldu
- 
                
                     Əməkdar artist buna görə qızından  imtina edib Əməkdar artist buna görə qızından  imtina edib
- 
                
                     Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - VİDEO Hikmət Hacıyev Zəngəzur dəhlizindən son görüntüləri paylaşdı - VİDEO
- 
                
                     Osimhenə fantastik transfer qiyməti qoyuldu Osimhenə fantastik transfer qiyməti qoyuldu
- 
                
                     Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq Noyabrın ilk günündə Bakıda 22 dərəcə isti olacaq
- 
                
                     Ermənistanda general vəzifəsindən azad olundu Ermənistanda general vəzifəsindən azad olundu
- 
                
                     42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO 42 yaşında universitet bitirib, 20 ildir icra başçısıdır - FOTO
- 
                
                     İpoteka sistemində yenilik - “kim birinci olacaq” məsələsi dəqiqləşir İpoteka sistemində yenilik - “kim birinci olacaq” məsələsi dəqiqləşir
- 
                
                     Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ  - VİDEO Saxlanılan icra başçısı və digər rəsmi şəxslərin GÖRÜNTÜLƏRİ  - VİDEO
- 
                
                     Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı Monteneqroda saxlanılan azərbaycanlı sərbəst buraxıldı
- 
                
                     Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri - VİDEO Bakıda dəhşətli piyadavurma hadisələrinin anbaan görüntüləri - VİDEO
- 
                
                     Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaya görə cəza dəyişir
- 
                
                     Bu gün İqtisadiyyat.az-ın 7 yaşı tamam olur Bu gün İqtisadiyyat.az-ın 7 yaşı tamam olur
- 
                
                     Türkiyədə erməni yüksək vəzifəyə gətirildi Türkiyədə erməni yüksək vəzifəyə gətirildi
- 
                
                    .jpg) Qorxu və əyləncənin birləşdiyi GECƏ: "Halloween" dünyada necə məşhur oldu? Qorxu və əyləncənin birləşdiyi GECƏ: "Halloween" dünyada necə məşhur oldu?
- 
                
                     Bu səfər zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik - Hikmət Hacıyev Bu səfər zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik - Hikmət Hacıyev
- 
                
                     Vəkillərə yeni hüquqlar verilir Vəkillərə yeni hüquqlar verilir
 PUL
PUL 
                
                             
                         
                         
                         
                         
                        .jpg) 
                        .png) 
                        .png) 
                        .jpg) 
                         
                         
                         
                         
                         
                         
                         
                        




 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində.
 Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin.
 Bizi "Telegram"da izləyin. Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
 
                     
                     
                     
                     
                     
                     
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                         
                        .jpg) 
                         
                        .jpg) 
                         
                         
                         
                        .png)