İqtisadiyyat

"Qara gün" üçün pulu necə saxlayaq: dollar, avro, yoxsa rubl? - FOTO

5 İyun 2015 09:59
7 Şərh     Baxış: 9 305
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ekspertlərin "Azərbaycanda bundan sonra uzun müddət dolların manatla müqayisədə kursunun güclənməsi mümkün deyil" təxminlərinə və qətiyyətli açıqlamalara rəğmən, bu gün səhər saatlarından etibarən ABŞ dollarının manata olan kursunda dəyişikliklər müşahidə olunur.

Milli.Az Azərbaycanın Mərkəzi Bankına istinadən bildirir ki, hazırda 1 dollar 1,0482 manatdır. Təbii, dollar güclənən kimi avro geriləyib və ənənəvi proses Azərbaycanda da yaşanır. 1 avronun kursu indi 1,1751 manatdır.
ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar səngimədiyindən - tam əksinə, daha da ağırlaşdığından rus rublu manatla müqayisədə qısamüddətli irəli sıçrayışlara rəğmən, bu gün də kurs yuvarlanmasına məruz qalıb.
1 rubl indi 0,0186 manatdır. 
Göründüyü kimi, avro və rublun volatillik səviyyələri səbatlı olmadığından onların kurslarında reversiv proseslər yaşanır.
Belədə dollar, avro və ya rubla pul yatırmaq, sərmayə qoymaq, daha sadə dillə desək,  "qara gün üçün" para toplamaq risklidir. Fəqət, bu risklərə və zahiri təzahürlərə, yaşananlara rəğmən, ABŞ dolları daha səbatlı təsir bağışlayır.
Ən azı, ona görə ki, dolların konvertiv imkanları, yəni sürəkli dəyişkənliklərdən sonra mövqelərini əsasən bərpa etmək gücü daha artıqdır.
Avronun bahalaşması isə - zaman bunu dəfələrlə sübut edib - sürəkli proses deyil.
Və ən nəhayət, riski sevirsinizsə, avantüraya meyllisinizsə, rəsmi Moskvanın maliyyə bəyanatlarına inanırsınızsa, pullarınızı rubla yatırın.

Orxan Hun
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.