"Muğanbank" ASC-nin Ə.Rəcəbli küç.21B ünvanında yerləşən baş ofisində yanvar ayının 30-da, saat 10:00-da adsız istiqrazlar üzrə sayca 42-ci tiraj keçiriləcəkdir.
Məhsula olan yüksək tələbatı və çoxsaylı istiqraz sahiblərinin maraqlarını nəzərə alaraq tirajın gedişi canlı yayımlanır. Canlı yayımı qeyd olunmuş "link"dən izləmək mümkündür.
Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 AZN-dir.
"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcəkdir.
İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat verilir və onların bankın baş ofisinə gələrək hər bir tirajda iştirak etmək hüququ vardır.
Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibləri istiqrazlarını istənilən vaxt banka qaytarmaq imkanına malikdirlər. İstiqraz qaytarılarkən nominal məbləğinin üzərinə yuxarıda göstərilən illik faiz əlavə olunur.
Uduşa düşmüş istiqrazların nömrələri ilə "Xalq qəzeti"nin tirajdan sonrakı növbəti nömrəsində, həmçinin, bankın rəsmi saytında tanış ola bilərsiniz.
"Muğanbank" ASC-nin məhsulları və xidmətləri ilə bağlı ətraflı məlumat almaq istəyənlər bankın məlumat mərkəzinə, (012) 933, 564 35 11 telefon nömrələrinə zəng edə bilərlər.
Həmçinin, bankın rəsmi saytı http://www.muganbank.az/, Facebook və Twitter səhifələrini izləməklə bank və onun fəaliyyəti haqqında daim yeni xəbərlərlə tanış ola bilərlər.
İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Muğanbank-ın baş ofisində adsız istiqrazlar üzrə 42-ci tiraj keçiriləcək
29 Yanvar 2015 11:44
Baxış: 1 381

DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda qadınların pensiya yaşı dəyişir – FOTO
-
Moldova Azərbaycanla uzunmüddətli qaz müqavilələrinin bağlanmasında maraqlıdır - Nümayəndə heyətinin rəhbəri
-
Bakı Enerji Həftəsində KOBİA tərəfindən KOB-ların yaşıl iqtisadiyyata keçidi və Bakı İqlim Bəyannaməsi təşviq olunur - FOTO
-
Manat qarşısında bu valyutalar bahalaşdı, rubl isə ucuzlaşdı - RƏSMİ
-
Rublun bahalaşmasının hansı təsirləri olacaq? - AÇIQLAMA
-
Maşın bazarında son vəziyyət: Daha bu maşınlara tələbat yoxdur
XƏBƏR LENTİ
-
"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlmə ehtimalı açıqlandı
-
Putin niyə atəşkəsə razılaşmır? – Politoloqdan açıqlama
-
İlham Əliyevə təbriklər gəlməkdə davam edir - yenilənib
-
Aqşinin Nəfəsi öpməsi müzakirə yaratdı - VİDEO
-
Paşinyan hökuməti ilə Erməni Apostol Kilsəsi arasında gərginlik dərinləşir
-
BƏƏ rəhbərliyi İlham Əliyevi təbrik edib
-
Üçüncü beynəlxalq uşaq dəb festivalı - Azerbaijan Kids Festival keçirildi – FOTO
-
Nazir müavini vəzifəsindən azad edildi
-
Ağakərimin səhhətindən danışdı - "Ümid yeri qalmayıb" - VİDEO
-
Avtovağzallar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
-
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Kiçik solistlər” adlı konsert - FOTO
-
Tiktoker məhkəməyə çıxarıldı
-
Dövlət Uşaq Filarmoniyasın Gəncədə konsert proqramı baş tutub - FOTO
-
Bakıda baş verən həmin dəhşətli qəza dünya mediasında - VİDEO
-
İKTA Agentliyi yazı müsabiqəsinin qaliblərini mükafatlandırdı - FOTOlar
-
Qaradağ sakininin başına qəribə hadisə gəldi - Sən demə səhvən...
-
"Beşiktaş" "Qalatasaray"da oynamış hücumçunu ALIR
-
Prezident bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin etdi - SİYAHI
-
Beynəlxalq Mülki Aviasiya Təşkilatı ilə imzalanan Anlaşma Memorandumu təsdiqləndi
-
Faciəvi şəkildə ölən tələbə Tunarın FOTOsu
-
Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş olduqca maraqlı konsert baş tutdu - FOTO
-
Zəlzələ kütləvi məhbus qaçışı ilə nəticələndi
-
Tanınmış müğənni Səidəni polisə verdi
-
Bakı-Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ!