Azərbaycanda iribuynuzlu mal-qara arasında yayılmış "Nodulyar dermatit" virus xəstəliyinin qarşısının alınması üzrə tədbirlər gücləndirilib. İribuynuzlu mal-qara arasında təxminən bir ay əvvəl yayılmış virus artıq Azərbaycanın 10 rayonunun ərazisində qeydə alınıb.
Bu barədə Trend-ə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli bildirib.
T.Xanvəli qeyd edib ki, əvvəlcə xəstəlik ölkənin dörd rayonunda - Ağdaş, Biləsuvar, Cəbrayıl və Ucar rayonlarında qeydə alındı: "Virus, əsasən, Kür çayı sahilində yerləşən rayonlarda yayılıb. Bu, ölkədə müşahidə olunan davamlı isti hava şəraitində həmin virusun daşıyıcıları olan ağcaqanadların və digər qansoran həşəratların aktivləşmə dövrü ilə əlaqədardır. Əldə olunan məlumata görə, indiyədək 1600 başdan çox iribuynuzlu mal-qaranın yoluxması halı təsdiqlənib, 11 heyvan tələf olub. Səmərəli müalicə-profilaktika tədbirləri nəticəsində getdikcə daha çox yoluxmuş heyvanın sağaldığı müşahidə olunur".
Onun sözlərinə görə, anomal istilərin davam edəcəyi halda Azərbaycan ərazisində xəstəliyin yayılma ehtimalı kifayət qədər yüksək olaraq qalır: "Hazırda Bakıda və paytaxt ətrafında virusun aşkar olunması və yayılması qeydə alınmayıb. Xəstəliyin yayıldığı ferma və təsərrüfatlardan mal-qara gətirilməsinin qarşısının alınması üzrə tədbirlər görülüb. Kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığına əsasən, xəstəliyin yayıldığı rayonlardan bazarlara mal-qaranın gətirilməsi dayandırılıb".
Mətbuat xidmətinin rəhbəri onu da əlavə edib ki, əvvəllər virus həmsərhəd ölkələrdə, yəni Türkiyədə və İranda aşkar edilib. Virusun Azərbaycan ərazisinə keçməsi çox güman ki, İran-Azərbaycan sərhədi zonasında, iribuynuzlu mal-qaranın otarıldığı neytral zonada baş verib.
İribuynuzlu heyvanlarda "Nodulyar dermatit" xəstəliyi virus mənşəli olmaqla qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalması, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Bu xəstəlikdən ölüm halı 10 faizdən yuxarı olmur.
Milli.Az
İqtisadiyyat
Azərbaycanda iribuynuzlu mal-qara arasında virus xəstəliyi yayıldı
27 Avqust 2014 14:41
0 Şərh
Baxış: 1 557
DİGƏR XƏBƏRLƏR
- Un bahalaşdı, çörəyin qiyməti qalxmadı, ancaq…
- Azərbaycanda 2 bankın ləğv prosesi yekunlaşdırıldı
- "Green Fintech Startup Challenge"-ə müraciətlər davam edir!
- Qarabağda #Birbaşlanğıc daha:Kapital Bank-ın Xankəndi filialı açıldı
- Pensiyalarda nə qədər artım olacaq? - Nazir müavini açıqladı - VİDEO
- Azərbaycan nefti ucuzlaşdı
XƏBƏR LENTİ
- Səfirini çağıran Rusiya Ermənistana yardım təklif etdi
- Həmkarının çimərlik geyimindəki görüntüsünü müdafiə etdi
- Stoltenberq bu sözünə görə istefa versin - Salvini
- Fransanın Şri-Lankadakı səfiri iqamətgahında ölü tapılıb
- Hamilə qadının stresi bətndəki körpəyə - necə təsir edir?
- "Qarabağ" klubu mükafatlandırıldı
- Bakıda tozun miqdarı kəskin artdı
- "Qalatasaray" 24-cü dəfə Türkiyə çempionu oldu
- "Oğlumun şərhdə söyüş yazdığı qadın zəng etdi ki..."
- Makrondan şok: Avropa ölə bilər
- Uşaqları vaxtından əvvəl qocaldan qidalar - JAMA Network
- Baqrat təxribatçıdır, Paşinyan orada deyil - Çaxoyan
- Türkmənistana yeni uğurlar arzulayırıq - Seymur Fətəliyev - VİDEO
- Fəthullah Gülən öldü, yoxsa qaçırıldı? - Açıqlama
- Putinin “uçan villası”: içində nələr var?
- Bu 3 yeməyi çörəklə yemək olmaz
- Ancelina Coli qızı ilə - FOTO
- İsrail bir sutkada 50 hərbi obyektə zərbələr endirdi
- Qurban Qurbanov: "Onun nəsə deməsi bizə maraqlı deyil" - MÜSAHİBƏ
- COVID orta ömür müddətini 1,8 il azaldıb - ÜST
- Bu rayonlarda qaz olmayacaq
- Alimlərdən həyəcan təbili: Yer kürəsinin çayları zəhərli metallardan "paslanır"
- Ərdoğanın CHP qərargahına gedəcəyi tarix açıqlandı
- 100 dərdə dərman qırxbuğum - Necə içməli?