İqtisadiyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ernst & Young və Azərbaycan Dövlət İqtisad Universiteti mühasibat uçotu üzrə aralıq kursun yeddinci ilinə başladılar
19 Sentyabr 2012 14:47
Baxış: 2 878
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ernst & Young şirkətinin Bakı ofisi və Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Dövlət İqtisad Universitetində Xüsusi İstedadlar Qrupu (XİD) üçün mühasibat uçotu üzrə aralıq kursun yeddinci ilinə başladılar. Bu semestrdə 4-cü kurs XİD tələbələri üçün proqram Ernst & Young şirkətinin Bakı ofisinin Audit üzrə menecerləri Nigar Əliyeva və Zaur Abışev tərəfindən aparılacaqdır.
Proqramın təlimçisi Nigar Əliyeva qeyd edir: "Biz XİD Maliyyə bölməsinin 4-cü kurs tələbələri üçün mühasibat uçotu üzrə aralıq kurs keçirəcəyik. Hesab edirəm ki, bu çox yaxşı bir ideyadır, çünki XİD Maliyyə bölməsinin tələbələri ümumiyyətlə audit və mühasibat uçotu məsələlərinə kifayət qədər böyük maraq göstərirlər." Nigar həmçinin qeyd etdi ki, proqram 2006-cı ildə ABŞ Ticarət palatasının maliyyə dəstəyi ilə başlamış və tələbələrə texniki baxımdan mürəkkəb mühasibat uçotu konsepsiyalarını qavramağa unikal imkan yaradır.
"Şirkətimizin sosial siyasətinin prioriteti - universitet təhsilinin dəstəklənməsidir," deyərək, Zaur Abışev, Ernst & Young şirkətinin Audit üzrə meneceri bildirmişdir. "Azərbaycan Dövlət İqtisad Universitetində təlim verməklə biz tələbələrlə birbaşa danışmaq, peşəmizi təbliğ etmək və ən istedadlı tələbələrin diqqətini cəlb etmək imkanını əldə edirik. Bundan əlavə, proqramın ən yaxşı tələbələrinin şirkətimizdə çalışan peşəkarlara qoşulması üçün əla fürsət yaradılır."
Azərbaycan Dövlət İqtisad Universiteti haqqında
Azərbaycan Dövlət İqtisad Universiteti ölkədə biznes və iqtisadi təhsil sahələrində liderdir. Universitet ölkə daxilindən və xaricdən istedadlı tələbələr cəlb edir. Universitet Azərbaycan, rus və ingilis dillərində təhsil təklif edir. Universitetin rəhbərliyi müasir qlobal mühasibat uçotu standartları sahəsində gənc nəslin təlimləndirilməsi təşəbbüslərini dəstəkləyir və Ernst & Young şirkəti və ABŞ Ticarət palatası ilə əməkdaşlığın genişlənməsini salamlayır.
Ernst & Young haqqında
Ernst & Young audit, vergi, əməliyyatların müşayiət olunması və məsləhət xidmətləri üzrə qlobal liderdir. Bizim bütün dünyada çalışan 152.000 əməkdaşımızı birgə dəyərlər və keyfiyyətə sadiqlik birləşdirir. Biz əməkdaşlarımızın, müştərilərimizin və daha geniş icmaların potensialını açaraq, perspektivlər yaradırıq.
Ernst & Young, müştərilərin ehtiyaclarını nəzərə alaraq, bütün MDB-də xidmət və resurslarını genişləndirir. Moskva, Sankt-Peterburq, Bakı, Almatı, Astana, Kiyev, Tbilisi və digər şəhərlərdə yerləşən 18 ofisdə 4,000 peşəkar çalışır.
Daha ətraflı məlumatla www.ey.com ünvanında tanış ola bilərsiniz.
Ernst & Young Azərbaycanda
Ernst & Young 18 il bundan əvvəl Bakıda ofis açmaqla və yerli maliyyə xidmətləri qrupunu genişləndirməklə Azərbaycana və regiona öz dəyərli töhfəsini vermişdir. Bu gün biz, Azərbaycanda fəaliyyət göstərən aparıcı firma olmaqla yanaşı, bütün bölgədə də liderik. Geniş bilik və təcrübəmiz sayəsində biz həm yerli, həm beynəlxalq şirkətlərə, həm də dövlət müəssisələrinə beynəlxalq iqtisadi məsələlərlə bağlı çətinlikləri dəf etməyə kömək edirik.
Hal-hazırda Bakı ofisimizdə Azərbaycan Respublikasındakı müştərilərimizə, o cümlədən banklara və digər maliyyə təşkilatlarına xidmət göstərən 130 işçi çalışır. Ernst & Young-ın Xəzər regionundakı güclü mövqeyi və firmanın öz resurslarından tam şəkildə istifadə etməsi regionda fəaliyyət göstərən müəssisələr üçün böyük əhəmiyyət kəsb edir. Bu, firma inkişaf etdikcə, Ernst & Young-ın yerli mütəxəssisləri cəlb etmək və onları təcrübəmizdə aparıcı mövqe tutmaq üçün təlimləndirmək ənənəsinə sadiq qalacağı deməkdir.
Daha ətraflı məlumatla www.ey.com/Azərbaycan ünvanında tanış ola bilərsiniz.
Milli.Az

DİGƏR XƏBƏRLƏR
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Kredit bazarında nə baş verir?
-
Azərbaycandan Rusiyaya aparılan pomidorlar məhv ediləcək
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Quzu əti bahalaşdı - (Video)
-
Bakının ən bahalı ünvanları: qiymətlər
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - “Fənərbağça” matçında ilk qol - Yenilənib
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib
-
"İnsan necə "qudurarmış" - Elza Seyidcahan
-
Ərdoğan: Şanlıurfada Azərbaycan Bulvarı istifadəyə verilib
-
Şəhid anasını təhqir edən bloggerlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib - (Video)
-
Həbs olunan Ferhat Gündoğdunun qalmaqallı səs yazısı yayıldı
-
Nəsimi rayonunun bəzi ərazilərində işıq olmayacaq
-
Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Ağdamda 15 yaşlı qızın erkən evliliyə cəlb olunmasının qarşısı alınıb
-
Zəfərin üç mərhələsi: Azərbaycanın yaratdığı yeni geosiyasi presedent
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
"Qarabağ" "Zirə"yə qalib gəldi
-
Bakıda market və avtomobildən oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"