Kiçik mağazaların sonu gəldi - səbəb
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İstehlakçıların kiçik mağazalardan daha çox iri ticarət mərkəzlərinə üz tutmaları əsasən bir neçə səbəbdən qaynaqlanır. "Bir dayanacaqda hər şey" prinsipindən irəli gəlir. İstehlakçı vaxtını qənaət etmək istəyir, ayrı-ayrı obyektlərə getmək əvəzinə bir məkanda geyim, ərzaq, əyləncə və xidməti birləşdirmək istəyi güclənir".
Milli.Az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a açıqlamasında Korporativ Kommunikasiya üzrə ekspert Səfər Aslanov bildirib. Onun sözlərinə görə, təcrübə iqtisadiyyatı (experience economy) məntiqindən yanaşsaq ticarət mərkəzi artıq təkcə alış-veriş yeri deyil həm də sosial məkandır:
"Kafe, kino, uşaq zonası ilə bir yerdə "gün keçirmək" formatı yaradır ki, tək mağaza bunu təklif edə bilmir. Etibar və rahatlıq vacib amildir. Kondisionerli, təhlükəsiz, geniş parkinqli mühit, sabit iş saatları və vahid geri qaytarma/zəmanət standartları istehlakçı üçün əlavə dəyər yaradır.
Kiçik obyektlər üçün təsir birmənalı deyil. Bu sıxışdırma effekti yaradır. Aşağı marja ilə işləyən, differensasiya edə bilməyən kiçik mağazalar müştəri axınını itirir. Amma bu proses tam yox olma demək deyil sadəcə bazar seqmentləşir".
"Bilməliyik ki, əslində ümumi bazar deyil, paylanma strukturu dəyişir. Bütövlükdə pərakəndə ticarət böyüyür amma bu artımın böyük hissəsi yeni, təşkilatlanmış formatlara yönəlir. Küçə mağazaları tamamilə yox olmur, lakin rolu dəyişir. Kütləvi istehlakdan çox, məhəllə səviyyəsində operativ ehtiyacları və ya niş, ixtisaslaşmış məhsulları qarşılayan formaya keçir. Kiçik mağazaların bazarda davam gətirmələri üçün yeni tendensiyalara uyğunlaşmaları lazımdır.
Niş ixtisaslaşma başqa sözlə desək dar kateqoriyada dərin ekspertiza çıxış yollarından biridir. Ticarət mərkəzi hər kateqoriyada səthi çeşid təklif edir, kiçik mağaza isə bir sahədə maksimum dərinliyə gedə bilər. Bu, həm çeşid, həm də satıcının ekspert məsləhəti ilə fərqlənməsini təmin edir. Nəticədə müştəri "hər şeyi olan" yerə deyil, "ən yaxşı bilən" yerə üz tutur.
Məhəllə formatında fəaliyyət də mümkündür. Böyük mərkəzlə geniş çeşiddə rəqabət aparmaq əvəzinə, gündəlik və tez-tez alınan mallara fokuslanmaq daha realistdir. Yaxınlıq, uzun iş saatları və çevik xidmət (məsələn, kiçik borc və ya sürətli çatdırılma) məhəllə etimadını gücləndirir. Bu format ticarət mərkəzinin əlçatmadığı, vaxt və məsafə həssaslığı olan müştərini saxlayır".
Ekspert qeyd edib ki, hazırda rəqəmsal aktivliyin tətbiqi vacibdir:
"Fiziki ölçü məhdudiyyəti sosial media və onlayn sifariş kanalları ilə kompensasiya oluna bilər. Google Maps-də aktiv profil və WhatsApp/Instagram üzərindən sifariş imkanı kəşf edilmə problemini azaldır. Kiçik büdcəli, məqsədyönlü reklamlar isə uzaq mərkəzlərlə deyil, yaxın auditoriya ilə əlaqəni gücləndirir. Ticarət mərkəzinin təklif edə bilmədiyi isti, fərdi münasibət kiçik mağazanın əsl üstünlüyüdür. Daimi müştərinin zövqünü, ölçüsünü xatırlamaq və tövsiyə əsaslı əlaqə qurmaq loyallığı artırır. Bu yanaşma alış-verişi sadə tranzaksiyadan sosial təcrübəyə çevirir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Balığın qarnından iPhone 18 çıxdı (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
-
Salyanda bir ailənin üç üzvü bıçaqlandı - Ölən var - (Yenilənib)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - (Foto)
-
Şəbnəm Tovuzlu "Eyfel" qülləsinə “yekə vışka”, Parisə "Parij" dedi, qınandı (Video)
-
Beynəlxalq Muğam Mərkəzində “Muğam dəstgahları” konserti keçirilib - (Foto)
-
Sığorta şirkətləri ən çox hansı sahəyə pul ödəyib?
-
Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?
-
Putin Pezeşkianla görüşdü
-
Orxan Nəbizadə “Qədim daş, müasir yaddaş” layihəsi haqqında danışıb – Fly to Baku. Art Weekend. Sense the Future NOW - (Foto)
-
Bu şəxslərin sosial şəbəkə paylaşımları nəzarətdə olacaq
-
Xalq artistinin son vəziyyəti açıqlandı
-
“Qızıl top” mərasiminə şəxsi təyyarə ilə gəlib - Alacağına əmin idi
-
Azərbaycanda hava dəyişir: Güclü yağış, sel, daşqın...
-
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar - (Foto)
-
Bankların problemli kredit portfelində hansı sahə öndədir?
-
Sükan arxasında telefon işlədənlərə yeni qayda gəlir
-
Bəyi ilk dəfə toyda görən gəlinin üz ifadəsi diqqət çəkdi (Video)
-
AIREX 2026-ya sayılı günlər qaldı: Yeni evinizi və ya növbəti investisiya fürsətinizi kəşf edin! - (Foto)
-
Yevlaxda yol qəzasında iki nəfər öldü
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər - (Video)
-
Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu
-
Türkiyədə alt paltarı mağazasının dua ilə açılması müzakirə yaratdı (Video)





