Naxçıvana 258 milyon manat ayrıldı: İqtisadiyyatda yeni mərhələ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Trend-də dərc olunmuş məqaləni təqdim edir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərindən bir gün sonra imzaladığı Sərəncamla bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılacaq.
Bu qərar Naxçıvanın inkişafına yönəlmiş ardıcıl dövlət siyasətinin növbəti mühüm mərhələsidir. Ayrılan vəsait mövcud dövlət proqramlarının, o cümlədən 2023-2027-ci illər üzrə Dövlət Proqramının davamı olaraq həyata keçiriləcək layihələrin maliyyələşdirilməsinə yönəldiləcək.
Yeni maliyyə paketi Naxçıvanda infrastrukturun yenilənməsini, iqtisadi fəallığın artırılmasını, əhalinin sosial rifahının yüksəldilməsini və muxtar respublikanın ölkənin ümumi inkişafına töhfəsinin daha da gücləndirilməsini təmin edəcək.
Enerji və infrastruktur layihələri
Ayrılan vəsait hesabına 2026-2027-ci illərdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi nəzərdə tutulur.
Su Elektrik Stansiyasının 15,6 MVt gücündə tikintisinin davam etdirilməsi Naxçıvanın enerji imkanlarını artıracaq və Azərbaycanın yaşıl enerji siyasətinə mühüm töhfə verəcək.
Bununla yanaşı, 420 kilometr uzunluğunda şəhər, kənd və kəndlərarası yollar əsaslı təmir ediləcək. Layihə 26 yaşayış məntəqəsini və 156,3 min nəfər əhalini əhatə edəcək.
Şəhərlərarası ictimai nəqliyyat parkının yenilənməsi isə sərnişindaşımanın keyfiyyətinin və təhlükəsizliyinin artırılmasına imkan yaradacaq.
Təhsil və sosial sahəyə dəstək
Yeni sərmayələr təhsil infrastrukturunun inkişafını da əhatə edir. Naxçıvan Dövlət Universitetində 1000 yerlik tələbə yataqxanasının və 640 nəfərlik beş yeni uşaq bağçasının tikintisi planlaşdırılır.
Bundan əlavə, 161 yaşayış binasının fasad və daxili hissələrinin əsaslı təmiri, eləcə də istilik qazanxanalarının yenilənməsi həyata keçiriləcək.
Naxçıvanın inkişafına strateji baxış
Prezident İlham Əliyevin imzaladığı bu Sərəncam regionların balanslı inkişafına yönəlmiş dövlət siyasətinin növbəti real göstəricisidir.
Enerji təhlükəsizliyi, müasir yol infrastrukturu, təhsil imkanları və sosial layihələri əhatə edən yeni investisiya paketi Naxçıvanın uzunmüddətli inkişafına xidmət edəcək və muxtar respublikanın iqtisadi potensialını daha da gücləndirəcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ukrayna iki il ərzində G7 ölkələrindən 49,4 milyard dollar yardım alıb
-
ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar
-
Bu bürclərin qayınanaları ilə yola getmək çox çətindir
-
Payızda yatmazdan əvvəl bunları edin – Səhərə gümrah oyanmağın yolları
-
Satın aldığı qırıq çaydan ona sərvət qazandırdı
-
Nə sirkə, nə də soda: Pestit qalıqlarını dərhal yox edir
-
Ferrari ilk elektrikli avtomobilində bunlara üstünlük verib - (Foto)
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)





