Yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına Azərbaycanda kapital bazarının dərinliyi artırılacaq – AMB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasına uyğun olaraq yeni maliyyə alətləri və rəqəmsal həllər hesabına ölkədə kapital bazarının dərinliyi artırılacaq.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMB-dən məlumat verilib.
Qeyd edilib ki, son illərdə Azərbaycanın qiymətli kağızlar bazarında müşahidə olunan inkişaf dinamikası müsbət qiymətləndirilir. Bu inkişaf, xüsusilə bazarın dərinliyinin artırılması, maliyyə alətlərin şaxələndirilməsi və investor bazasının genişlənməsi baxımından əhəmiyyətli nəticələrlə müşayiət olunur.
Bildirilib ki, bazarın mövcud vəziyyətini qiymətləndirərkən Bakı Fond Birjasının faktiki ticarət göstəricilərinə istinad edilməsi məqsədəuyğundur:
"2025-ci il üzrə göstəricilərə əsasən, korporativ qiymətli kağızlar bazarında ilkin bazarın həcmi təxminən 801 milyon, təkrar bazarın həcmi isə 283 milyon manat təşkil etmişdir. Bu göstəricilər kapital bazarlarında şəffaflığın, likvidliyin və investor aktivliyinin son illər ərzində əhəmiyyətli dərəcədə artmasını nümayiş etdirir. Bazarın əsas hərəkətverici seqmenti kimi korporativ istiqrazlar çıxış etsə də, səhmlər üzrə əməliyyatların sayının artması bazarın mərhələli şəkildə dərinləşdiyini göstərir".
Məlumatda vurğulanıb ki, yeni maliyyə alətlərinin tətbiqi və bazarın institusional inkişafı istiqamətində həyata keçirilən tədbirlər Mərkəzi Bankın 2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyasında öz əksini tapıb:
"Strategiyada kapital bazarlarının gücləndirilməsi əsas prioritetlərdən biri kimi müəyyən edilmiş və bu çərçivədə dayanıqlı infrastrukturun formalaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi, investor etimadının artırılması, investisiya alətlərinin çeşidinin zənginləşdirilməsi, eləcə də tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi nəzərdə tutulmuşdur. Strategiyaya uyğun olaraq sekyuritizasiya, törəmə və repo alətləri, sukuk, vençur kapital və kraudfandinq kimi alternativ maliyyə alətlərinin tətbiqi istiqamətində müvafiq layihələrin icrası davam etdirilir".
Eyni zamanda xatırladılıb ki, 2025-ci ilin oktyabr ayında Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən yerli bazarda və milli valyutada ilk dəfə dəyişkən faizli istiqraz emissiyasının həyata keçirilməsi Azərbaycanın kapital bazarı infrastrukturunun beynəlxalq standartlara cavab verdiyini göstərən mühüm göstərici kimi qiymətləndirilə bilər.
"AZİR göstəricisinə əsaslanan üzən faizli bu alət bazarda faiz risklərinin idarə olunması və alət müxtəlifliyinin artırılması baxımından yeni imkanlar yaradıb", - məlumatda qeyd edilib.
AMB bu istiqamətdə hədəflərini də açıqlayıb. Bildirilib ki, yaxın perspektivdə Mərkəzi Bankın əsas prioritetləri sırasında institusional və fərdi investorların bazarda iştirakının daha da genişləndirilməsi, maliyyə savadlılığının yüksəldilməsi məqsədilə maarifləndirmə tədbirlərinin intensivləşdirilməsi, həmçinin rəqəmsal həllərin və elektron ticarət imkanlarının inkişaf etdirilməsi xüsusi yer tutur.
"Proseslərin avtomatlaşdırılması və əməliyyat xərclərinin azaldılması investorların bazara çıxış imkanlarını genişləndirməklə yanaşı, kapital bazarının dərinliyinin və dayanıqlığının artırılmasına şərait yaradacaq. Bu istiqamətdə həyata keçirilən tədbirlər Mərkəzi Bank tərəfindən uzunmüddətli və sistemli inkişaf strategiyasının tərkib hissəsi kimi nəzərdən keçirilir", - məlumatda vurğulanıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)
-
Xocavənddə buldozer minaya düşüb
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
“Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq“ - Naibə Allahverdiyeva





