Nyu-York Ticarət Birjasının Comex bölməsində 2026-cı ilin fevral ayı üçün nəzərdə tutulan qızıl füçersləri yeni tarixi rekord müəyyənləşdirib. Qızılın bir trua unsiyasının qiyməti 4650 dollar həddini keçib.
Milli.Az xəbər verir ki, Birja məlumatlarına əsasən, yanvarın 14-də Bakı vaxtı ilə saat 16:59-da qiymət günün ikinci yarısında artaraq 4650,1 dollara yüksəlib ki, bu da 1,11 faiz artım deməkdir.
Bir qədər sonra, saat 17:04-də isə artım tempi zəifləyib və qızılın qiyməti 4641,3 dollar səviyyəsinə enib. Bu göstərici əvvəlki səviyyə ilə müqayisədə 0,92 faiz yüksəliş anlamına gəlir.
Asya
Milli.Az





