İqtisadiyyat

Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası keçirilib - FOTOlar

18 Avqust 2025 12:24
Baxış: 310
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yarmarkada 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox çeşiddə məhsul və xidmətləri təqdim edilib.

15-17 avqust tarixlərində Göygöl rayonunun Xan Yaylağında keçirilən 4-cü Milli Yaylaq Festivalı çərçivəsində "KOB FEST" sərgi-satış yarmarkası təşkil olunub. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilmiş sərgi-satış yarmarkasında KOB subyektləri tərəfindən hazırlanan şəbəkə sənəti, rəssamlıq, xalçaçılıq, taxta oyma, suvenirlər, milli musiqi alətləri və müxtəlif əl işləri nümayiş olunub.
Mikro və kiçik sahibkarlar tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq və onları tanıtmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə keçirilmiş "KOB FEST" sərgi-satış yarmarkasında Göygöl, eləcə də ətraf rayon və şəhərlərdən ümumilikdə 100-dən çox mikro və kiçik sahibkarın 800-dən çox ceşiddə məhsul və xidmətləri sərgilənib. 

Həmçinin sərgi-satış yarmarkasında mədəni-əyləncəli proqram da təşkil olunub. 

Bölgədə yaşayan sakinlər və turistlər tərəfindən "KOB FEST" sərgi-satış yarmarkası maraqla qarşılanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.