"Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Anar Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.
Milli.Az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Mehdiyev xüsusilə külli miqdarda (500 min manatdan çox) mənimsəmədə ittiham olunur.
A.Mehdiyev barəsində məhkəməyə qədər həbs deyil, polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinin təfərrüatı barədə əlavə məlumat verəcəyik.
Qeyd edək ki, Anar Mehdiyev 2024-cü ilə qədər sözügedən vəzifəni icra edib.
Milli.Az





