İqtisadiyyat

Qızılın qiyməti yeni tarixi maksimuma çatıb

8 Avqust 2025 12:44
Baxış: 339
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Cümə günü səhər saatlarında qızılın qiyməti kəskin şəkildə artaraq yeni tarixi maksimuma yüksəlib.

Milli.Az xəbər verir ki, bu barədə ticarət məlumatları və analitik şərhlərdən bəlli olur.

Bu artıma ABŞ administrasiyasının iri qızıl külçələrinin idxalına rüsum tətbiq etməsi ilə bağlı xəbərlər səbəb olub.

Bakı vaxtı ilə saat 08:39-da Nyu-Yorkun "Comex" birjasında 2025-ci ilin dekabr ayında tədarük ediləcək füçers müqaviləsinin qiyməti əvvəlki bağlanışla müqayisədə 35.9 dollar və ya 1.01% artaraq bir troya unsiyası üçün 3 489.6 dollar təşkil edib.

Gecə saatlarında göstərici daha da yüksələrək Bakı vaxtı ilə saat 02:00-da bir unsiya üçün 3 534.1 dollara çatıb və bu, qızılın tarixində yeni maksimum göstərici kimi qeydə alınıb. Məlumata görə, həmin vaxt qızılın qiyməti 2.62% artım göstərib.

Bakı vaxtı ilə 02:25-də isə qiymətli metalın dəyəri bir qədər geriləyərək bir unsiya üçün 3 492.10 dollar (artım +1.4%) olub.

Sentyabr ayı üçün gümüş füçersləri də bahalaşaraq 0.5% artımla bir unsiya üçün 38.485 dollara çatıb.

Avqustun 8-də ABŞ Gömrük və Sərhəd Nəzarəti Xidməti 1 kiloqram və 100 unsiya çəkisində olan iri qızıl külçələrinin idxalına rüsum tətbiq etdiyi barədə KİV-də xəbər yayıldı. Bu qərar, dünyanın ən böyük qızıl emalçısı olan İsveçrəyə ciddi təsir göstərə bilər. Belə ki, bu ölkə hər il ABŞ-yə 8-10 milyard dollar dəyərində qızıl ixrac edir.

Ekspertlər bildirirlər ki, yeni rüsumlar İsveçrə təmizləyiciləri üçün gəlir marjalarının azalması riskini artırır, eyni zamanda, logistika zəncirlərində dəyişikliklərə və qlobal qiymətli metallar bazarına təzyiqlərə səbəb ola bilər./oxuaz

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.