İqtisadiyyat

Azərbaycanda bu məhsullar kəskin bahalaşdı

29 İyul 2025 14:42
Baxış: 6 765
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ət və ət məhsulları azalır, süd məhsulları artır. Amma hər iki məhsulun ortaq cəhəti var. Söhbət qiymət artımından gedir. Son aylarda müşahidə olunan bahalaşma nə vətəndaşı, nə də satıcıları təəccübləndirir. 

Milli.Az xəbər verir ki, bir neçə həftə öncə 18 manata satılan yağ indi 24 manata təklif olunur. Bəzi süd məhsullarında da 20 faizə qədər bahalaşma var. Ətin qiymətində də azalma yoxdur. 

Bəs bu bahalaşma nə ilə bağlıdır? 

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov bildirir ki, istər ət, istər süd məhsullarında daxili tələbatı tam ödəyə bilmirik:

"Ona görə də xarici bazarlardan bizə məhsul idxal olunur. Bura Türkiyə, Rusiya, Ukrayna aiddir. Bu məhsullarda bahalaşma xüsusilə idxal qiymətlərindəki nüanslarla bağlıdır". 

Ekspert bildirir ki,yerli məhsullara da bu aiddir. Fermerlər ot və yem qiymətlərinin bahalaşmasından danışır. Ona görə də heyvandarlıqla məşğul olanların sayı azalır. 

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ildə 26 465 ton (58.62 milyon dollar), 2025-ci ildə isə 22 396 ton ( 47.18 milyon dollar) ət idxal olunub. Süd məhsullarında da 2024-cü ildə 6604 ton (1034 milyon), 2025-ci ildə isə 8034 ton (1313 milyon dollar) idxal olunub. 

Qeyd edək ki, qiymət artımın səbəbi təkcə idxal yox, istehsal xərclərin artması və yüksək maya dəyəri də bu prosesə təsir göstərir. 

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.