Bu avtomobillər bahalaşacaq
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Amerika hərraclarında satılan Alman və Yapon avtomobilləri bahalaşacaq.
Milli.Az xəbər verir ki, bu birbaşa ABŞ-nin yeni prezidenti Donald Trampın qərarları ilə bağlıdır.
Tramp istəyir ki, yerli avtomobillər ( "Ford", "Chevrolet", "Jeep", "Tesla" və s. ) daha çox alınsın. Bu səbəbdən də tarifləri artırmaq qərarına gəlib. ABŞ hökumətinin artırılmış tarifləri, xüsusən də polad, alüminium və bəzi avtomobil hissələri və avtomobilləri üzərində tətbiq etdiyi yeni məhdudiyyətlər qlobal avtomobil sektoruna mənfi təsir göstərəcək.
Prezident Trampın tarif siyasətinin əsas məqsədi daxili avtomobil istehsalını canlandırmaqdır. Məqsəd avtomobil istehsalçılarını istehsalını ABŞ-yə köçürməyə təşviq edərək, istehsal obyektləri və digər sənaye fəaliyyətlərini ABŞ-yə cəlb etməkdir.
Bu siyasət çərçivəsində Tramp ABŞ-nin ən vacib üç ticarət tərəfdaşından idxallara 25%-lik tarif tətbiq edərək və Çin üzərindəki tarifləri 10%-dən 20%-ə qaldıraraq, sərbəst ticarətə məhdudiyyətlər qoyub.
Aydın məsələdir ki, avtomobil sənayesi qlobal təchizat əlaqələri üzərində fəaliyyət göstərir, yəni avtomobillərin istehsalında müxtəlif ölkələr arasında əməkdaşlıq mövcuddur. Avtomobillərin dizaynı bir ölkədə həyata keçirilir, komponentlər başqa ölkələrdə istehsal olunur və yığım isə üçüncü ölkədə baş verir.
Amerikada istehsal edən avtomobil istehsalçıları üçün Kanada kimi qonşu ölkələrdən gələn təchizatçılar olduqca vacibdir. Bu təchizatçılar ABŞ-də müxtəlif ştatlarda yerləşən istehsal məntəqələrində fəaliyyət göstərir. Hər bir avtomobil hissəsi sərhəd keçərək son montaja qədər bir neçə dəfə ölkələr arasında hərəkət edir. Məsələn, ABŞ, Kanada və Meksika arasında avtomobil hissələri davamlı olaraq sərhəddən keçir.
Yeni tariflər buna ciddi təsir edəcək, çünki hər bir hissə üçün əlavə vergi və gömrük rüsumu tətbiq ediləcək. Bu, avtomobil istehsalının xərclərini artıracaq və nəticədə istehsalçıların daha yüksək qiymətlərlə avtomobil istehsal etməsinə səbəb olacaq. Bu da avtomobil qiymətlərinin yüksəlməsinə və bazarda qeyri-müəyyənliyin artmasına yol açacaq.
Meksikada ABŞ bazarı üçün avtomobil istehsal edən Alman istehsalçıları böyük təzyiq altındadır. İstehsalın köçürülməsi, ehtimal ki, hər iki tərəfdə iş yerlərinin itirilməsinə səbəb olacaq. ABŞ tərəfindən tətbiq edilən daha yüksək tariflər, Meksikada ucuz əmək haqqı ilə istehsal üstünlüyünü aradan qaldıra və ya azalda bilər.
ABŞ-nin tarif siyasətinin təsiri auksionda alınan və digər ölkələrə göndərilən avtomobillərin qiymətlərinə də təsir edəcək. Artan tariflər və idxal xərcləri, xüsusən də avtomobillərin və onların hissələrinin qiymətlərini artıracaq. Bu da bahalaşmaya səbəb olacaq.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?
-
Gələn il maaşlar artacaq?





