İqtisadiyyat

"Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib"

10 Mart 2025 11:20
Baxış: 298
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib.

Trend xəbər verir ki, bunu Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Haysam əl-Qays Bakı Enerji Forumunun iştirakçılarına göndərdiyi salamlama məktubunda bildirib.

"Azərbaycan OPEC və qeyri-OPEC ölkələri arasında əməkdaşlıq haqqında Bəyannamənin (DoC) vacib bir iştirakçısı kimi əsas enerji məsələləri üzrə konstruktiv dialoqun qlobal mərkəzinə çevrilib. Bu COP29-da özünü əyani sürətdə göstərib və heç şübhəsiz, bu fakt bir daha regionun enerji təqvimində mühüm yer tutan 30-cu Bakı Enerji Forumunda bir daha təsdiqini tapacaq", -deyə o bildirib.

Haysam əl-Qays sözügedən forumun dünya energetikasında dialoq və əməkdaşlıq üçün vacib meydança olduğunu vurğulayıb.

Qeyd edək ki, Bakı Enerji Həftəsi (Baku Energy Week) bu il 3-5 iyun tarixlərində keçiriləcək. Həfətnin əsas hadisəsi, iyunun 4-5-ə planlaşdıırlan Bakı Enerji Forumu olacaq. Forum hər il enerji sferasının əsas iştirakçılarını, aparıcıl beynəlxalq ekspertləri, investorları və biznes nümayəndələrini bir araya gətirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.