İqtisadiyyat

Bu şəxslər pensiya kapitalından vaxtından əvvəl istifadə edə bilər - VİDEO

23 Fevral 2025 23:12
Baxış: 1 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl, öz pensiya kapitallarının bir hissəsindən istifadə edə biləcəklər. Bununla bağlı Milli Məclisin komitə iclasında müzakirələr aparılır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, millət vəkili Vüqar Bayramov deyir ki, mövcud qaydalara görə, vətəndaşlar pensiya kapitalından yalnız pensiya yaşına çatan zaman istifadə edə bilirlər. Ancaq təklif olunur ki, pensiya kapitalının bir hissəsini vətəndaşlar səhiyə, təhsil və digər zəruri xərclərinə yönəldə bilsinlər. Bu imkanları özündə ehtiva edən təklif layihəsi milli məclisdə hazırda müzakirə edilir.

Millət vəkilinin sözlərinə görə, bu mexanizm pensiya kapitalından səmərəli şəkildə istifadəyə gətirib çıxaracaq. Vətəndaşların pensiya kapitalına və yığımlara marağını artıracaq. Rəsmi iş yerləri və əməkhaqları da real göstəriləcək

Vüqar Bayramov deyir ki, mövcud qaydalara görə, vətəndaşlar pensiya kapitalından yalnız bildirib ki, bu istiqamətdə imkanının yaradılması kapitalın istifadəsində səmərəlilik baxımından vacib amildir.

Daha ətraflı videomaterialı təqdim edirik. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.