“JUSDA Europe” Azərbaycandan daşımalar üçün tərəfdaş tapmaq niyyətindədir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Böyük logistika şirkəti "JUSDA Europe" Azərbaycandan daşımalar üçün tərəfdaşlar axtarmağı planlaşdırır.
Bu barədə Trend-ə "JUSDA Europe" şirkətinin nümayəndəsi David Fişkandl (David Fischkandl) Bakıda keçirilən "Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransının kuluarlarında məlumat verib.
"Burada iştirakımızın əsas məqsədi Çinlə Avropa arasında dəmir yolu daşımalarını həyata keçirən, həmdə Orta Dəhliz kimi tanınan Cənub marşrutunun inkişafıdır. Bu istiqamət əsas prioritet olaraq qalır, lakin şirkət, eyni zamanda, Azərbaycandan avtomobil və dəniz daşımalarında da əməkdaşlığı genişləndirmək niyyətindədir", - o vurğulayıb.
Onun sözlərinə görə, "JUSDA Europe" Hindistan və Çindəki filialları vasitəsilə Mərkəzi Asiyaya ixrac fəaliyyəti ilə fəal şəkildə məşğuldur.
"Bu təcrübəmizi Çin, Hindistan və Tayvanda olan həmkarlarımızla bölüşmək istəyirik", - o əlavə edib.
Qeyd edək ki, əvvəllər "Global Logistics Solutions" adı ilə tanınan "JUSDA Europe" 2001-ci ildə Mərkəzi Avropada "Foxconn Technology Group" üçün anbar və logistika xidmətləri göstərmək məqsədilə yaradılıb. 2016-cı ildə şirkət qlobal təşkilat olan "JUSDA International"ın bir hissəsinə çevrilib.
Şirkət Avropa, Yaxın Şərq və Afrikadakı müştərilər üçün kompleks logistika xidmətləri, nəqliyyat həlləri və inteqrasiya olunmuş təchizat zənciri həlləri təqdim edir.
"JUSDA Europe" bir neçə logistika və paylama mərkəzləri qurub. Şirkət həmçinin dəniz, hava, avtomobil və dəmir yolu nəqliyyatı vasitəsilə daşımaları idarə edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Azərbaycanın “yaşıl” enerji strategiyasında yeni mərhələ: “Qobustan” GES və qlobal hədəflər - (Foto)
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Azərbaycan nefti kəskin ucuzlaşdı
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
XƏBƏR LENTİ
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb
-
Yevlaxda üç avtomobil toqquşub, sürücü xilas edilib - Yenilənib - (Video)





